06:03 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Avropa Rusiyaya qarşı sanksiyalardan niyə imtina etmək istəyir – politloq danışır

MULTİMEDİA
Qısa URL
58 0 0

Politoloq Fikrət Sadıxov deyir ki, sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib

Fikrət Sadıxov: “Sağlam düşüncəli Avropa siyasətçiləri bunu anlayırlar”

“Avropanın Rusiyaya qarşı sansksiyaları məqsədinə çatmayıb”. Bunu Fransanın sabiq baş naziri Fransua Fiyon deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, sanksiyalar qərb ölkələri, o cümlədən ABŞ üçün vasitəyə çevrilib:

“Qərb ölkələri vasitə kimi sanksiyalardan aktiv şəkildə istifadə edirlər. Təbii ki, bu sanksiyaların ölkələrə iqtisadi baxımdan təsirləri var. Amma sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib. Rusiya daxili potensialından istifadə edir, hərbi sənaye imkanlarını artırır. Sanksiyalar sadəcə olaraq qarşıdurmanı gərginləşdirir. Sağlam düşüncəli avropa siyasətçiləri bunu anladıqlarına görə, sanksiyalardan imtina etmək istəyirlər. Ona görə də sanksiya tətbiq olunarkən nəzərdə tutulmuş məqsədlərə nail olunmur”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular