08:47 26 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8968
Elşad Məmmədov
© Sputnik / Murad Orujov

Professor iqtisadi islahatların istiqamətlərini açıqladı

MULTİMEDİA
Qısa URL
77 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində institusional addımlarla yanaşı, digər makroiqtisadi tənzimləmə addımları da atılmalıdır

Dünya Bankı 2019-cu ildə Azərbaycanda 3,6 faiz həcmində iqtisadi artım proqnozlaşdırır. Bu barədə Bankın yeni “Dünya iqtisadiyyatının perspektivləri” hesabatına istinadən məlumat verir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ölkədə kiçik və orta biznesin xüsusi çəkisi iqtisadi proseslərdə hələ arzuolunan səviyyədə deyil:  “Hazırkı şəraitdə ölkədə kiçik və orta biznesin inkişafı istiqamətində institusional addımlarla yanaşı, digər makroiqtisadi tənzimləmə addımları da atılmalıdır. Xüsusəndə ölkədə həyata keçirilən pul-kredit siyasəti ilə bağlı işlər görülməlidir. Bankların və kredit təşkilatlarının real sektora maliyyə ayırması üçün konkret adımlar atılmalıdır. Pul-kredit siyasətinin yumşaldılması, Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması və kommersiya banklarının passivlərində və aktivlərində ciddi struktur islahatları aparılmalıdır”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular