04:52 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Расим Алиев
facebook

Jurnalistin ölümünü niyə siyasiləşdirirlər?

MULTİMEDİA
Qısa URL
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)
3002

Azər Həsrət: “Bəzi qüvvələr dərhal hərəkətə keçmək istədi”

“Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlaması cinayət işinin mahiyyətinə uyğun olmayaraq, onun siyasiləşdirilməsinə xidmət edir”. Bunu XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, mərhum Rasim Əliyevin daşıdığı jurnalist fəaliyyəti də açıqlamada düzgün göstərilməyib: “Təəssüflər olsun ki, bəzi dairələr tərəfindən Azərbaycanda baş verən hər bir cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi artıq adət halını alıb.

Jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar cinayət işinin araşdırılması üçün hüquq-mühafizə orqanları tərəfindən zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir. Cinayət işi üzrə təqsirkar bilinən şəxslər məhkəmənin qərarı ilə qanun qarşısında ən layiqli cəzalarını alacaqlar.

Azərbaycanda dövlət qurumları və vətəndaş cəmiyyəti arasında sıx dialoq mövcuddur və bu özünü insan hüquqları daxil olmaqla, bütün mühüm məsələlərin müzakirəsində aydın şəkildə göstərir. AŞ-nın nümayəndələri də bu cür dialoqu səciyyələndirən görüşlərdə iştirak etdiyi halda, AŞ Baş katibinin bundan xəbərsiz olması təəccüb doğurur”-, deyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Mətbuat Şurasının İdarə Heyətinini üzvü Azər Həsrət də hesab edir ki, Rasim Əliyevin vəfat etməsini siyasiləşdirmək yolverilməzdir:

“Təbiidir ki, bəzi siyasi qüvvələr, xüsüsən də, Azərbaycanda qarışıqlıq, xaos yaratmaq məqsədi güdən siyasi qüvvələr isdtənilən hadisədən yararlanmaq istəyirlər. Bu jurnalistin də vəfat etməsi o qüvvələrin əlinə  bir  bəhanə vermiş oldu. Onlar istədilər ki, dərhal hərəkətə keçib Azərbaycanda qarışıqlıq yaratsınlar, amma Azərbaycan hakimiyyəti, şəxsən cənab prezident  özü məsələyə dərhal reaksiya verdi,baş verənləri nəzarət altına götürdü. Jurnalistin döyülməsi və eyni zamanda vəfat etməsi faktının  araşdırılması ilə bağlı öz tapşırıqlarını verdi”.

Azər Həsrət bildirir ki, bu hadisələrdən sui-istifadə eləmək istəyən qüvvələr olsa da, onların məqsədlərinə çatması mümkün deyil:

“Hadisələrin inkişafı, xüsusən də, dövlətin dərhal hərəkətə keçməsi həmin qüvvələrin əl-qolunu bağladı. Bu gün Azərbaycanda jurnalistin vəfatından sui-istifadə edərək xaos,qarışıqlıq yaratmaq istəyən qüvvələrin öz istəyinə çatması sadəcə olaraq mümkün deyil”. 

Azərbaycanın Xarici İşlər Nazirliyi Avropa Şurası və bütün digər dairələri Rasim Əliyevin ölümü ilə nəticələnən bu faciəni və onunla əlaqədar açılmış cinayət işinin siyasiləşdirilməsi cəhdlərindən kənar durmağa çağırır. Azərbaycan Prezidenti də bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir. Azərbaycan Prezidenti məsələni şəxsi nəzarətində saxlayacağını və cinayətkarların tapılaraq qanuna uyğun şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

 Avqustun 8-də jurnalist Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü bildirmişdi. Ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Sosial mediada verilən məlumatlara görə, jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini "Facebook" səhifəsində tənqid etməsi göstərilib. Rasim Əliyev cərrahi əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb. Onu döyənlərdən biri Cavid Hüseynovun bibisioğlu Elşən İsmayılov olub və onun polisə təslim olduğu bildirilir.


Mövzu:
Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi (22)

Əsas mövzular