04:48 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828

MULTİMEDİA

CHP-nin şərtləri AKP üçün ağır görünür

MULTİMEDİA
Qısa URL
4401

Politoloq İlqar Vəlizadənin fikrincə, hazırkı proseslərin gedişatı AKP-ni məcbur edir ki, Türkiyənin siyasi mühitini yeni prinsiplə formalaşdırsın

Türkiyənin baş naziri və Ədalət və İnkişaf Partiyasının (AKP) başqanı Ahmed Davutuğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlunun koalisiya hökuməti ilə bağlı 5 saata yaxın davam edən danışıqları nəticəsiz başa çatıb. 

 CHP-nin rəsmi nümayəndəsi Halıq Koç bildirib ki, biz məsuliyyətli işləməyə çalışırıq. Partiyanın maraqlarını dövlət maraqlarından yüksək tutmuruq.  

Danışıqlardan sonra  mətbuata açıqlama verən AKP təmsilçisi Ömər Çelikin sözlərinə görə, “liderlər konsensusun əldə olunmasına mane olan mövzuları müzakirə ediblər. Bizim əsas vəzifəmiz Türkiyəni hökumətsiz qoymamaqdır”, deyə o bildirib.

 Politoloq İlqar Vəlizadə AKP-CHP danışıqlarını belə qiymətləndirir: “CHP-nin şərtləri nə qədərdə dəyişilsə yenə də AKP üçün ağır görsənir. Hansısa konkret razılıq əldə olunsaydı nəticələr dərhal açıqlanacaqdı.Əgər nəticələr yoxdursa  demək ki, AKP  hələ düşünür. AKP siyasi rəhbərliyi düşünürsə deməli bu görüşün nəticələri çox müammalıdır”. 

Türkiyədə hökümət böhranının dərinləşməsi hansı siyasi nəticələrə gətirib çıxara bilər sualına gəlincə isə İlqar Vəlizadənin fikrincə, bütün hadisələr göstərir ki, Türkiyə erkən seçkilərə doğru gedir: “Siyasi böhran isə təkcə erkən seçkilər ilə bitməyəcək, çünki burada ziddiyyətli yanaşmalar açıq-aşkar özünü göstərir.Yeni oyun qaydaları tətbiq eləmək lazımdır. Həmçinin siyasi hadisələrin dinamikası həm Türkiyə daxilində, həm də xaricində artıq mövcud yanaşmaların köhnəldiyini göstərir. Çox güman ki, erkən seçkilər baş tutsa belə böhran davam edəcək. Hazırkı siyasi proseslərin gedişatı hakim partiyanı yeni prinsiplə Türkiyə siyasi mühitini formalaşdırmağı müxalifətə təklif etməyə məcbur edir”.

Qeyd edək ki, İyunun 11-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, hökümət formalaşdırmaq mümkün olmayıb. Son üç həftə ərzində iki partiya nümayəndələri arasında hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparılır. Növbəti görüşün bu həftənin cümə axşamı və cümə gülərində keçiriləcəyi gözlənilir. Davutoğlu və Kılıcdaroğlunuin razılığa gəlməyəcəyi təqdirdə vaxtından əvvəl parlament seçkiləri keçirilə bilər. 


Əsas mövzular