09:32 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874

Neft 40 dollara kimi ucuzlaşa bilər

MULTİMEDİA
Qısa URL
3911

İqtisadçı ekspert Pərviz Heydərov həftənin iqtisadi icmalını verir

Son günlər neftin qiyməti və banklarda yaranmış vəziyyətlə bağlı müxtəlif ciddi fikirlər səslənməkdədir. Belə ki, bəzi ekspertlər ardıcıl olaraq “bankrot” hadisələrinin baş verəcəyini və bununla əlaqədar olaraq da əhaliyə, həmçinin iqtisadiyyata kəskin zərər dəyəcəyini söyləyirlər. Hətta dünyanın iri neft şirkətləri də ixtisarlara getməli olduqları və müəyyən layhələrinin icrasını təxirə salmaq haqqda düşünürlər.

Banklar neftin ucuzlaşması fonunda necə fəaliyyət göstərəcək və digər məsələləri araşdırmağa çalışdıq.

Suallarımızı iqtisadçı ekspert Pərviz Heydərov cavablandırıb.

- 1985-ci ilin sonlarında 8 ay ərzində neft qiymətlərini 30 dollardan 10 dollara enmişdi. Bəzi eksretlərin də səsləndirdiyi kimi, neftin qiymətinin 1980-ci illərin göstəricisindən də aşağı enmə ehtimalları nə dərəcədə reallığa uyğundur?

— 1984-cü ildə altı ay ərzində neftin qiymətində 30 faiz ucuzlaşma baş verib. Yəni 80-ci illərdə belə hallar rast gəlinib ki, altı ay ərzində birdən-birə qiymət 30 faiz aşağı düşüb. 1985-86-cı illərdə 1 barel neft 10 dollara qədər düşmüşdü. Bundan sonra isə belə bir kəskin eniş 2008-ci ildə, məlum böhran zamanı qeydə alındı. 2008-ci ilin əvvəllərində neftin qiyməti 146 dollara qədər qalxmışdı. Amma 2008-ci ilin sonuna yaxın birdən-birə qiymət kəskin şəkildə aşağı endi, hətta 2009-cu ilin əvvəlinə 36 dollar səviyyəsində qiymət qeydə alındı. Mənim şəxsi fikrim bundan ibarətdir ki, ümumiyyətlə müşahidələr də belə deməyə əsas verir ki, neftin qiymətinin belə kəskin şəkildə enməsi tarixdə qalıb. Götürək indiki uzuclaşmanı. 2014-cü ilin iyun ayından başlanan bu sonuncu ucuzlaşmanın fərqi də əsasən ondan ibarətdir ki, bu proses tədricən uzunmüddətli xarakter daşıyır. Bir ildən çoxdur ki, bu proses davam edir. Bu ilin fevral-aprel aylarında hətta bir ara qiymətlərdə sabitləşmə yaranmışdı. İçi mən qarışıq bir çox ekspertlər həmən o sabitləşməyə əsasən belə bir qənaətə gəldik ki, artıq keçən ilin yayından başlayan ucuzlaşma prosesi, demək olar ki, arxada qaldı. Amma son həftə ərzindəki qiymətin yenidən aşağı düşməsi göstərdi ki, hələ bu haqda fikir söyləmək tezdir. Qiymətlərin müəyyən hadisələrin təsiri nəticəsində yenidən enməsi mümkündür. Amma yenə də qətiyyətlə demək mümkündür ki, qiymətlərin aşağı enməsinin müəyyən bir döşəmə həddi var. 2014-cü ilin iyun ayından bəri davam edən proses belə deməyə əsas verir ki, həmən döşəmə həddi təxminən 40 dollar səviyyəsindədir. Mən inanmıram ki, neftin qiymətinin bundan sonra da kəskin enişi zamanı həmən o limit keçsin. Yəni 40 dollardan aşağı keçməsi mümkün deyil. Real dünya iqtisadiyyatının indiki tələbləri nöqteyi nəzərindən neftin qiymətinin döşəmə həddi 40 dollar təşkil edir.

- Neftin qiymətinin ucuzlaşması dünyada daha çox bank sektoruna təsir edib. Azərbaycan bankları neftin ucuzlaşması fonunda necə fəaliyyət göstərəcəklər?

— Azərbaycan banklarına neftin ucuzlaşmasının ən böyük ciddi mənfi təsiri Mərkəzi Bank tərəfindən bu il fevralın 21-də devalvasiya haqqında qərarından sonra baş verdi. Yəni bundan əvvəl, baxmayaraq ki, keçən ilin yayından ucuzlaşma müşahidə olunurdu, bu ölkənin bank sektoruna elə də öz təsirini göstərməmişdi. Amma elə ki, Mərkəzi Bank devalvasiya haqda qərar qəbul etdi, manatı birdən-birə dollara münasibətdə 34 faiz ucuzlaşdırdı. Bu bank sektorunu kəskin şəkildə vurdu. Hazırda da bank sektoru bunun fəsadlarını çəkməkdədir. Bildiyiniz kimi, devalvasiya qərarından sonra əhali banklarda yerləşdirdikləri əmanətləri dollara çevirdilər. Hazırda əmanətlərin strukturu belədir ki, əhalinin depozitlərinin 70 faizindən çox hissəsini dollar təşkil edir. Bu isə həmən banklara kredit təklifində böyük çətinliklər yaradır. Bir ara hətta manatla kredit təklifi təmamilə dayandırılmışdır, elə indinin özündə də yaxşı vəziyyətdə deyil. Növbəti dəfə neftin qiymətinin ucuzlaşdırılması bank sektoruna zərbə vurması o vaxt baş verər ki, Mərkəzi Bank ikinci dəfə devalvasiya qərarı versin. Əgər belə bir addım atılarsa, mən artıq ölkənin bank sektorunun bunun təsirindən necə çıxacağını dəqiq hesablaya bilmirəm.

- Dövlət bank sektorundan təmamilə geri çəkilsə bu onların fəaliyyətinə necə təsir edər?

- Manatın neftə “bağlılığını” azaltmaq üçün görülən tədbirlər yetərlidirmi?

Müsahibənin tam variantını “Audio”da dinləyə bilərsiniz.

Əsas mövzular