19:26 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Atom bombası - Xirosima və Naqasaki
slideshare.net

Amerikanın Yaponiyanı bombalaması nəyi dəyişdi?

MULTİMEDİA
Qısa URL
3001

Ekspertlər hesab edir ki, ABŞ-ın arqumentlərinin hamısı paradoksaldır və bombardımana haqq qazandırmır

"Sputnik.Mneniya" çərçivəsində Populus şirkətinin Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu üçün Yaponiyada keçirdiyi yeni sorğuya əsasən, rəyi soruşulan yaponiyalıların əksəriyyəti (61%) hesab edir ki, ABŞ Xirosima və Naqasakinin bombalanmasına görə üzr istəməlidir. Respondentlərin 74%-i isə güman edirlər ki, bobardmanları müharibə ilə izah etmək mümkün deyil, çünki çoxlu sayda mülki vətəndaş həlak olub.

Siyasi elmlər doktoru, professor Elman Nəsirov hesab edir ki, amerikalılar bu addımlarını belə əsaslandırırlar ki, atom silahından istifadə edilməsəydi müharibədə itkilərin sayı daha şox ola bilərdi. Professor hesab edir ki, ABŞ-ın bu mövqeyi olduqca paradoksaldır. İstənilən halda bombardman nəticəsində dinc sakinlər, uşaqlar, qadınlar, qocalar həlak oldular və bu yanaşma haqq qazandırılan yanaşma deyil:

“Harri  Trumenə siz niyə bu addımı atdınız, bu nədən qaynaqlandı, motivlər nəydi, olmazdı kı, bu tətbiq edilməsin və yüz minlərlə insan məhv olmasın deyə sual verilərkən Harri Trumen belə bir cavab verib.

“Yaponya üzərində qalib gəlmək üçün ABŞ-ın iki yolu var idi: ya atom silahını tətbiq eləyib sürətli qələbəni təmin etmək və eyni zamanda ən az itkilərlə bunu reallaşdırmaq, yaxud da atom silahını tətbiq etməməklə daha uzun müddətli müharibəyə girişmək və daha böyük itkilərlə üz-üzə gəlmək”. Bu cavab indi də ölkənin rəsmi cavabı olaraq qorunub saxlanır.  Amerikanlar həmişə məhz belə cavab verirlər”.

Politoloq Fikrət Sadıxov hesab edir ki, ABŞ-ın Xirosima və Naqasakiyə bomba atması heç bir zərurətdən irəli gəlmirdi. Onun fikrincə bu yaponiyadan qisas almaq əməliyyatı idi:

“Yarim milyona qədər adam hələk olub, indiyə qədər xəstələr var. Düşünürəm ki, yapon xalqı bunu heç vaxt yaddan çıxarmayacaq. Üzrxahlıq bir neçə on il bundan əvvəl olunmalıydı. İndi isə sadəcə olaraq üzr istəmək gecdir. Amma, yenə bu ərəfədə üzr istəmək yerinə düşərdi. Yaponiya çoxdan ABŞ ilə düşmənçilik eləyərdi, ancaq, geosiyasi məqamlara görə bunu etmir. Onlar Asiya regionun da ABŞ ilə müttəfiqlik etməyə məcburdur”.

Sorguda "Necə bilirsiniz, ABŞ 1945-ci ildə Xirosima və Naqasakinin bombalanmasının qurbanlarından rəsmi şəkildə üzr istəməlidir, ya yox?" sualına yaponların çoxu (61%) müsbət cavab verib. Cəmi 11% hesab edir ki, üzr istəmək vacib deyil. Təxminən 30% suala cavab verə bilməyiblər, 18-24 yaşlı gənclər arasında şübhələli qalanların sayı xüsusilə çoxdur: rəyi soruşulanların 40%-dən çoxu suala cavab verməyə çətinlik çəkiblər. 

İkinci sual iki hissəli olub. Birinci hissədə deyilir: "Xirosima və Naqasakinin bombardmanları müharibəyə son qoymaq üçün atılmış addımlar idi və əks halda müharibə davam edə bilərdi". Bununla rəyi soruşulanların yalnız 10%-i razılaşıb. İkinci hissədə isə bildirilir: "Xirosima və Naqasakinin bombalanmasına müharibə ilə haqq qazandırmaq olmaz, çünki nəticədə kütləvi şəkildə mülki vətəndaşlar qırılıblar". Bu iddia ilə respondentlərin 74%-i razılaşıb.

Sorğu Populus şirkəti tərəfindən Sputnik agentliyi üçün 2015-ci ilin 29 iyul — 2 avqust aralığında onlayn-müsahibə metodologiyası ilə 18-64 yaşları arasında olan 1004 nəfər arasında keçirilib. 

Xatıqladaq ki, 1945-ci ilin avqustunda II Dünya müharibəsinin sonuna yaxın Xirosima şəhərinə avqustun 6-da, 3 gün sonra isə avqustun 9-da Naqasaki şəhərinə ABŞ hərbi aviasiyası tərəfindən atom bombaları atılmışdı. Partlayış və şülanma nəticəsində Xirosimada 140 min, Naqasakidə isə 74 m insan həlak olub.


Əsas mövzular