13:14 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
GMO
yournewswire.com

GMO: yeyək, yeməyək?

MULTİMEDİA
Qısa URL
4701

Genetik modifikasiya olunmuş məhsullar ətrafında baş verən hadisələr dünyanı çoxdan real qarşıdurma meydanına çevirib

Genetik modifikasiya olunmuş məhsullar daim qlobal qida məsələsinin həlli və onların insan sağlamlığı üçün təhlükəsi xəbərdarlıqları arasında tarazlanır. Hələ ki, GMO tərəfdarları yalnız onların sayəsində insanları qidalandırmağın mümkün olduğunu, rəqibləri isə gələcək nəsil haqda düşünməyin vacibliyini bildirirlər. 

Sağlamlığa zərər olmadan qidalanmaq – müasir dünyada demək olar ki, bir nömrəli məsələdir. Bəlkə də, bunun öhdəsindən laboratoriyalarda hər hansı bir regionun təbii hava şəraitinə uyğunlaşdırılmış xüsusi becərdilən bitkilər gələ bilər. Bu cür məhsullar az yağışlı Afrikada ərzaq problemini həll edə bilər. Elə Afrikanın özündə də çoxları məhz genetik modifikasiya olunmuş məhsulların sürətlə artan əhalinin qida təminatı problemini ətraf mühitə minimal zərərlə həll edəcəyi haqda danışır. “Yaşıl Patrul” ictimai təşkilatının ekoloji proqramlar direktoru Roman Pukalov deyir ki, “GMO insan və ətraf mühit üçün həqiqətənmi təhlükəsizdir?” sualında bir əmma var:

“Burada, təhlükəsizlik prezumpsiyası var. Əgər bu məhsulların təhlükəsizliyi sübut olunmayıbsa, insanın onları istifadə edib-etməmək seçimi olmalıdır. Məcburi sertifikatlaşdırma, məhsullarda maksimal limitlər lazımsız şeylərdir. Mən onların istifadəsindən imtina etməyi məsləhət görürəm. Təcrübələrə kənardan baxmaq yaxşıdı”.

Lakin Afrika sakinlərinin kənardan nəzarət etmək kimi seçimi nəzərdə tutulmayıb. Onlara GMO əleyhidarlarının tədqiqatlarını da oxumurlar. Bir çox alimlər uzun müddətdir transgen bitkilərin insan sağlamlığına zərərli olduğunu və fermerləri, hətta bəzən ölkələri GMO istehsalçılarından asılı vəziyyətə saldığını deyirlər. Afrika qapalı dairəyə düşüb: inkişaf etmiş ölkələr faktiki olaraq orada real aclığın artmasına səbəb olublar, indi də Afrika ölkələrinə genetik cəhətdən modifikasiya olunmuş toxum və digər məhsullardan istifadə etməyi yeridirlər. Timiryazev Kənd Təsərrüfatı Akademiyasının dosenti İqor Abakumov danışır:

“Məlum olduğu kimi, qida tək yeyinti məhsulu deyil, həm də strateji silahdır. Bu, fərdi insanı, onun ailəsini aclıq təhlükəsi ilə qarşı-qarşıya qoyan təsir silahıdır. Sonra bu silah ölkə və qitələrə qarşı istifadə olunur. Elə Afrikanı götürək. Orada hansı ölkələr aclıq keçirir? Hansılarının ki istehsalı və ya xüsusilə qiymətli təbii ehtiyatları var. Onların üzərində qəyyumluq edən ölkələrə onlara özbaşına istehsal ilə məşğul olma imkanı vermək sərfəli deyil. Buna görə də, məhsul oraya kənardan gətizdirilir. Məhsulu oraya gətirmək və ya becərmək üçün yeni növlər lazımdır. Məsələn, quraqlıq, istilik və ya gündəlik temperatur dəyişməsinə davamlı olan genetik modifikasiya olunmuş növlər”.

Roman Pukalov eləcə də qeyd edib ki, qida artımını çoxaltmaq üçün başqa yollar da var. Lakin lazımi resursları olan ölkələr onlardan çox vaxt istifadə etmirlər.

GMO ətrafında baş verən hadisələr dünyada çoxdan real qarşıdurma meydanına çevrilib. GMO-ın tərəfdarları və əleyhdarları öz fikirlərini müdafiə etməkdən yorulmayaraq öz təqsirsizliklərinə sübut toplayırlar. Lakin, hər hansı aclıq çəkən Afrika ailəsi üçün bu cür mübahisələrin heç bir əhəmiyyəti yoxdur.

 

Əsas mövzular