13:27 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Media kəndi
© AZƏRTAC

Jurnalistikada qabiliyyət imtahanı: olsun, olmasın?

MULTİMEDİA
Qısa URL
7301

Bir çox ekspertlər hesab edir ki, qabiliyyət imtahanı ideyası deyildiyi kimi özünü doğrultmadı

2015-2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində “Jurnalistika” ixtisası üzrə 198 plan yeri ayrılıb ki, onların da 90-ı dövlət sifarişli, 108-i isə ödənişli əsaslarladır. Lakin “Jurnalistika” ixtisasına qəbul prosesində qabiliyyət imtahanının olması vəziyyəti xeyli mürəkkəbləşdirib. Belə ki, bu il qabiliyyət imtahanında iştirak etmək hüququ qazanmış 341 abituriyentdən 178 nəfəri ümumiyyətlə imtahana gəlməyib. İmtahanda iştirak edən 163 abituriyentdən isə, cəmi 57 nəfəri məqbul qiymət alıb. Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. İki abituriyentin nəticəsi imtahan qaydalarını pozaraq inşa yazılarında özünü tanıdıcı xarakterli məlumat yazdıqları üçün ləğv edilib.

Qeyd etmək lazımdır ki, məqbul qiymət alan abituriyentlərin ixtisas seçimində digər ixtisasları seçmə ehtimalları da var ki, bu da plan yerlərinin doldurulmasına öz təsirini göstərə bilər.

Bir zaman yaxşı fikir kimi qarşılanan, hazırda isə abituriyentdə əlavə psixoloji  gərginlik yaratdığı iddia olunan qabiliyyət imtahanı gözləntiləri nə dərəcə də doğruldub?.  

Telejurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, qabiliyyət imtahanı ideyası deyildiyi kimi özünü doğrultmayıb və bu Jurnailstika fakültəsinin strateji planlaşdırılmasına mənfi təsir göstərir:

“Keçən il də buna bənzər vəziyyət yaranmışdı. Keçən il ümumi respublika üzrə cəmi 51 nəfər qəbul olunub, bu il də 57 nəfər. Bunu yaxşı nəticə saymaq olmaz. Məlum olur ki, biz bu qabiliyyət imtahanını tətbiq etməklə sadəcə olaraq Jurnalistika fakültələrinin axırına çıxmalı olacayıq. Çünkü bu, kömək etmək əvəzinə abituriyentlərdə müəyyən psixolojı problem yaradır. Təsəvvür edin ki, qeydiyyatdan keçən abituriyentlərin yarıdan çoxu qabiliyyət imtahanına gəlməyib. Abituriyentlər bunu fövqəladə bir şey hesab edir ki, sərbəst yazı yazsınlar və s. Ona görə də məsələninin xeyiri ya zərərini tərəziyə qoyub ölçəndə məlum olur ki, bunun zərəri daha çoxdur. Ona görə hesab edirəm ki, qabiliyyət imtahanını ləğv etmək lazımdır. Tədrisi yaxşılaşdırmaqla biz daha böyük effekt əldə edə bilərik, nəinki indidən abituriyentlərin qarşısında süni maneələr yaratmaqla”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev qabiliyyət imtahanının nəticələrinin ürəkaaçan olmadığını deyir:

“Plan yerlərimiz dolmadı. O mənada narazılığım var. Gələn uşaqlar çəkinirlər, yazı müsabiqəsində iştirak edə bilmirlər. Amma keçən ilə baxanda bu il 10 nəfər jurnalistikaya artıq qəbul olub. Görünür, il-ildən təkmilləşəcək. Bir halda ki, dövlət və jurnalist təşkilatları səviyyəsində bu məsələ rəsmiləşib və artıq həyata keçirilir, onda bu qaydalara hörmət göstərməyi bacarmaq lazımdır”.

Şamil Vəliyev onu da bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə qabilliyyət imtahanı ilə bağlı təbliğat işini gücləndirmək lazımdır. 

Ümumiyytələ, ekspertlərin fikrincə, peşəkar jurnalist hazırlamaq üçün tədris prosesinin yaxşılaşdırılması və təkmil nəzəriyyənin praktikaya yönəldilməsi vacibdir.


Əsas mövzular