15:49 26 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9996
PKK terror
olympiada.files.wordpress.com

Türkiyəyə əsas təhlükə Şimali İraqdan gəlir

MULTİMEDİA
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
7502

Politoloq Fikrət Sadixov hesab edir ki, İranın sıxılmış vəziyyətdən çıxması prespektivi hələlik şübhə altındadır

Türkiyənin  PKK və İŞİD-ə qarşı antiteror əməliyyatları davam edir. 

Rəsmi Ankara həm ölkə daxilində, həm də sərhədlərdən kənarda hər iki terror təşkilatına qarşı əməliyyatlar keçirir. Ölkə daxilində terror təşkilatı üzvləri həbs olunur, eləcə də Suriya və İraq ərazilərində PKK və İŞİD mövqeləri havadan bombalanır.

Bütün bunların fonunda PKK-ya qarşı əməliyyatlar AKP ilə kürdlərin partiyası HDP(Xalqların Demokratiyası Partiyası) arasında gərginlik artıb. Baş Prokurorluq bu partiya və onun liderləri barəsində araşdırmalara başlayıb. Hətta media HDP-nin bağlanmasının gündəmə gələ biləcəyini yazıb.

Politoloq  Fikrət Sadixov son günlər Türkiyənin keçirdiyi anti teror əməliyyatları və regiondakı vəziyyəti ilə bağlı “Sputnik”in suallarını cavablandırıb. Politoloq Türkiyənin iki istiqamətdə terorizmə qarşı apardığı mübarizə, onun regiona təsiri, eyni zamanda, hazırda Türkiyədə yaşanan  hökümət böhranından danışıb.

- Hazırda Türkiyə iki istiqamətdə: bir tərəfdən İŞİD yaraqlıları  digər tərəfdən PKK ilə terrorizmə qarşı mübarizə aparır. Bu mübarizəni necə qiymətləndirirsiniz və bu regiondakı təhlükəsizliyə necə təsir göstərir? 

—  Türkiyə uzun illərdir terrorizmə qarşı mübarizə aparır. PKK ilə aparılan bu mübarizədə münaqişədə iştirak etməyən Türkiyə vətəndaşları da daxil olmaqla 30 mindən çox insan həlak olub. İndi isə hal-hazırda söhbət Şimali İraq regionundan gedir çünki Türkiyəyə əsas təhlükə ordan törədilir.

  Hazırda Türkiyə təbi ki, çox mürəkkəb bir vəziyyətdədir, parlament seçkilərindən sonra hələlik hakimiyyətin formalaşmaması, digər tərəfdən isə İŞİD və PKK  tərəfindən törədilən teror aktları Türkiyəni buna adekvat addımlar atmağa məcbur edir.

 Düşünürəm ki, bunun arxasında bəzi xarici qüvvələrdə var. Çünki Türkiyənin stabilliyi bir çox xarici qüvvələri qıcıqlandırırır.

Türkiyə kifayət qədər müstəqil bir siyasi kurs aparır və Yaxın Şərq regiponda aparıcı bir oyunçuya çevrilib lakin onu qəbul etməyən həm xarici qüvvələr, həm də daxildə bir sıra dairələr dövləti zəiflətmək istəyirlər.

Türkiyə hazırda çətin durumda olsa da, mübarizəni ardıcıl şəkildə aparsa, bu vəziyyətdən çıxa bilər.

- Türkiyədə yaşanan hökümət böhranı hansı formada öz həllini tapa bilər? Problemdən çıxış yolunu nədə görürsünüz?

—  Düşünürəm ki, hakim partiya Ərdoğan və Davudoğlu qismində əlindən gələni edəcək ki, koalisya höküməti qurulsun. Millətçilər kolasiyaya ilkin razılığını verdilər, lakin burada müəyyən vəzifələr razılaşdırılmamış qalırlar. Mənə elə gəlir ki, aparıcı müxalif partiyalar Türkiyənin daha mürəkkəb vəziyyətə düşməyini istəmirlərsə onlar bu kolasiyaya daxil olmalıdılar və ölkəninin gələcəyi uğrunda əllərindən gələni etməlidirlər. Əks halda yenidən parlament seçkilərinin keçirilməsi Türkiyədə müəyyən mənada stabilliyə bir zərbə ola bilər.

Müxtəlif qüvvələr o cümlədən kürd partiyasının nümayəndələri PKK-çılar və xaricdən stabiliyi qəbul etməyən bəzi qüvvələr çalışacaqlar ki, bu parlament seçkisininn nəticəsində yeni bir qalmaqal meydana gəlsin.

Buna görə hakim partiya çalışmalıdır ki, koalisya höküməti qursun və bu vəziyyətdən çıxsın. Mən hadisləri izləyən və təhli edən biri kimi onu da deyə bilərəm ki, yeni parlament seçkiləri heç də istisna edilmir.

- İranın “altılıq “ ölkələri razılığa gəlməsindən sonra, bu razılaşmanın  regionda Türkiyənin geopolitik  vəziyyətinə təsiri necə ola bilər? 

—  Əslində İran və Türkiyə müəyyən müstəqil mövqeyi ilə seçilən və regionun aparıcı dövlətləridir. Düzdür onların arasında müəyyən illər ərzində rəqabət də gedib qarşıdurmada olub. Aydın məsələdir, Türkiyə NATO-nun üzvü, Qərb ilə yaxınlıq edən bir dövlətdir, İranin isə hazırda əsas məqsədi sanksiyaların götürülməsidir. İran buna çalışır və hiss edir ki, Qərb də bu məsələdə maraqlıdır çünki hazırda yaranmış geosiyasi qarşıdurmada Rusiya-Qərb arasında olan ziddiyyətlər fonunda İran Qərb ölkələri üçün önəmli və onların maraqlarına cavab verə bilən bir ölkəyə çevrilə bilər.

Amma birincisi, hələlik İrana qarşı bütün sankisiyaların dərhal götürüləcəyi inandırıcı görünmür. İkincisi, hələlik hər iki dövlətin parlamenti bu sazişi təsdiq etməyib və nəhayət bütün məsələlər həll olunsa da bu münasibətlərin gələcəkdə tam mənada mütəffiq səviyyəsinə çatmasına inanmaq çətindir.

Bunlar əsasən maraqlar çərçivəsində hərəkət edir və bu maraqlar diktə edir ki, qarşılıqlı formatda bu məsələ həll olunsun. Amma eyni zamanda İranın birbaşa Türkiyənin vəziyyətinə təsirini görmürəm.

Amma İran belə bir yaranmış vəziyyətdə özü-özlüyündə bu sankisayalardan çıxmaq isdəyirsə, bunu bir taktiki addım kimi qəbul etmək olar. Əgər İranda stabillik yaranırsa və sankisiyalar heç olmasa tədricən götürülürsə, onda İranın Yaxın Şərqdə sərt mövqeyi yumşalmağa başlaya bilər.

Mənə elə gəlir ki, İran müəyyən mənada hələlik sıxılmış vəziyyətdədir və bu vəziyyətdən çıxması prespektivi hələlik şübhə altındadır.


Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)

Əsas mövzular