03:02 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Avtobus sürücülərinin hər biri avtoxuliqandır

MULTİMEDİA
Qısa URL
17501

“Sürücülərin maariflənməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov nəqliyyat sistemindəki problemlərdən danışır

Avtobus sürücülərinin hər biri avtoxuliqandır
Ölkənin nəqliyyat sistemində qısa zaman ərzində xeyli dəyişikliklər olub. Yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi və hərəkət intensivliyinin artırılması üzrə çoxzolaqlı yolların tikintisi, eyni səviyyəli piyada keçidlərinin ləğv edilərək yeraltı və yerüstü piyada keçidlərinin inşası, yol nəqliyyat hadisələri ilə əlaqədar DYP ilə operativ əlaqə yaradılması, həmçinin işıqfor obyektlərinin daimi işlək vəziyyətini təmin etmək üçün «qaynar xətt» əlaqə mərkəzinin yaradılması və digər məsələlərdə müəyyən işlər görülməyə davam edir. Lakin, bütün bu görülən işlərə baxmayaraq, ölkə nəqliyyatının vəziyyətində ürək açmayan məsələlər qalmaqdadır.

Bu problemlərlə nə etməli? Onları necə aradan qaldırmaq olar? Gələcəkdə nəqliyyat sistemində hansı dəyişikliklər olacaq və digər məsələləri araşdırmağa çalışdıq.

“Sürücülərin maariflənməsinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədovun fikrincə, nəqliyyat sistemində olan problemlərin həlli üçün ilk növbədə düzgün planlaşdırma vacibdir:

“Yol hərəkatı kompleks məsələdir. Onu hər hansısa qəfil sıçrayışla həll etmək olmaz. Bizdə isə, qərarlar qəfil olur… Bu formada məsələ həll olunmur. Onun üçün gərək planlı şəkildə, hər gün oturub üzərində çalışasan”.

Fazil Məmmədov eləcə də avtobuslardakı hazırki vəziyyətdən narahatlığını qeyd edib:

“Bir daha təkrar edirəm, bizim qanunlar yaxşıdır, onların icrası xoşagələn deyil. İcra, demək olar ki, yoxdur. Avtobuslarda qaynar xətt, sürücünün ad və soyadı haqda məlumat yoxdur. Onların nəqliyyatı idarə etmələri isə ümumiyyətlə yaxşı deyil. Əgər avtoxuliqanlıq sərt qayda pozutusudursa, heç bir avtoxuliqanı tutmaq lazım deyil. Onların sayı 1-2 olar, amma avtobus sürücülərinin hər biri avtoxuliqandır”.

Fazil Məmmədov Bakıya giriş qadağası səbəbindən yaranan çətinliklərin həlli üçün parklanma sisteminin yaxşılaşdırılmalı olduğunu bildirib:

“Bəli, maşınların Bakıya girişinə məhdudiyyətlət oldu, lakin bu məhdudiyyətlər çoxdan vardır. Yük maşınlarının hərəkəti üçün xüsusi ayrılmış vaxt və yollar var. Bizdə yeni maşın parkları indi yaranmağa başlayır. Onlar şəhər kənarından gələn insanlar üçündür. Onlar rayonlardan gəlir və öz maşınlarını orada saxlayır. Burada qiymətlər də ya çox ucuz, ya da ki pulsuz olmalıdır. Elə şərait yaradılmalıdır ki, orada rahat ictimai nəqliyyat olsun və insan istədiyi yerə bu nəqliyyat ilə rahatlıqla çata bilsin. Bu bizə nə verə bilər? Bu elə müsbət hala səbəb olacaq ki, şəhərə daxil olan maşınların sayı az olacaq. Bu da qanunlar pozulmadan ediləcək”.

Fazil Məmmədov vətəndaşları öz hüquqlarını və qanunların icrasını tələb etməyə çağırıb. Onun fikrincə, əgər ictimai nəqliyyat normal çalışsa, şəhər kənarından işə gələn şəxslər öz maşınlarını şəhərdə saxlamasa, taksi kimi istifadə olunan maşınların sayı azaldılsa, problemlərin 60 faizi həll olar.

 

Əsas mövzular