02:44 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Reklamlar metroya qayıtdı
Sputnik. İlkin Muradov

Reklamlar metroya qayıtdı

MULTİMEDİA
Qısa URL
1 0 0

"Bakı Matropoliteni" reklam verən şirkətlərlə münasibəti indi başqa formada qurub

2014-cü ilin fevral ayında "Bakı Matropoliteni" QSC yaradıldıqdan sonar metrolardakı mağazalar söküldü, reklam lövhələri yığışdırıldı. 

Bir müddət əvvəl metro keçidlərində bəzi yönümlü ticarət obyektlərinin açılışına icazə verildi. İndi isə 15 aylıq fasilədən sonra reklam lövhələri bərpa olunur. Artıq bir neçə metrostansiyalarda reklam lövhələrinin quraşdırılmasına başlanılıb. 

"Bakı Matropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Sputnik”ə açıqlamasında reklam lövhələrinin yenidən bərpa olunması ilə bağlı fikirlərini bölüşüb. Nəsimi Paşayev "Bakı Matropoliteni" QSC yaradılarkən reklam lövhələrinin yığışdırlmasını belə izah etdi:

“Həmin vaxt reklam vasitələri nəzarətsiz idi. Xaos höküm sürürdü. 10-15 il əvvəl quraşdırılan reklam lövhələrinə heç bir texniki qulluq göstərilməmişdi, çox bərbad vəziyyətdə idilər. Həmçinin sərnişinlərin zövqünə pis təsir edirdi. Vaqonlarda olan manitorlar, səslər insanları narahat edirdi. O vaxt qərara gəlindi ki, reklam vasitələri yığışdırılsın. Biz o zaman da bəyan etmişdik ki, reklam vasitələrindən yenidən istifadə olunacaq. Amma müasir vasitələrdən istifadə olunmalıdır, ən əsası da sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə maneçilik törətməyən reklam vasitələri olmalıdır”.

Artıq reklamların bərpa edilməsi ilə “Bakı Matropoliteni” QSC-də yeni struktur yaradılıb. Bu struktur reklam yerləşdirmək istəyən şirkətlərlə birbaşa əlaqə qurur. Arada heç bir əlaqələndirici reklam şirkəti yoxdur:

“O vaxtdan sonra müəyyən işlər görürdük, hazırlıq işləri aparırdıq. Artıq stansiyaların platformalarının divarlarında işıqlı reklam lövhələri vurulub. Onlar müasir şəkildə, təmiz, səliqəli formada hazırlanıb. Əvvəlkilərdən fərqli olaraq indi Bakı Metroploiteni reklam verən şirkətlə birbaşa fəaliyyət göstərir. Arada heç bir reklam şirkəti, əlaqələndirici yoxdur. Bu haqda qərar verilib və artıq Bakı Metropolitenində bu işi görən struktur var”. 

Reklamların qiymətinə gəlincə isə Nəsimi Paşayev qiymətlərin mütəlif olduğunu, stansiyaya, reklamın yerləşdiriləcəyi yerə görə dəyişdiyini deyir:

“Təbii ki, reklam verəcək şirkətlərin seçəcək yeri var. Hər stansiyanın özünün qiyməti var. Reklamların vurulması üçün müxtəlif yerlər təklif olunur. Məsələn, platformalar, eskalatorların divarlarında, keçidlərdən istifadə edərək şirkətlər öz məhsullarını reklam edə bilərlər. Təbii ki, burada qiymətlər fərqlidir. İstənilən reklam verən şirkət bizə yaxınlaşdıqda qiymətləri bilir. “Dərnəgül” və “28 May” stansiyalarında əlbətdə ki, reklamın qiyməti fərqlidir. Sərnişin sıxlığına, yerləşdiyi əraziyə, platforma divarları, eskalatorun divarlarını hər birinin qiymətləri var. Eyni zamanda hər bir reklam vasitəsinə görə də qiytmtlət fərqlənir”.

Qeyd edək ki, metroda görüntülü və çap reklamları, ticarət köşkləri 2014-cü ilin aprelində, metropolitenin o zamankı rəisi Tağı Əhmədov vəzifədən uzaqlaşdırılandan sonra dayandırılmışdı. 


Əsas mövzular