23:56 25 Fevral 2018
Canlı yayım
Turkish soldiers stand as smoke billows from the Syrian town of Ayn al-Arab or Kobani following the attacks by IS militants as seen from the Turkish side of the border in Suruc, Turkey, Thursday, June 25, 2015.
© AP Photo/

Türkiyə dəstək gözləyir

MULTİMEDİA
Qısa URL
Türkiyənin terror əleyhinə mübarizəsi (21)
12101

Ekspert hesab edir ki, Türkiyənin iki cəbhədə beynəlxalq terror təşkilatlarına qarşı mübarizə aparması kifayət qədər çətin məsələdir

Türkiyə son zamanların ən gərgin günlərini yaşayır. 

Bir neçə gündür Türkiyə Silahlı Qüvvələri havadan və qurudan Suriyada İŞİD-ə, İraqın şimalında isə PKK silahlılarına qarşı hərbi əməliyyatlar keçirir.

Türkiyənin müxtəlif bölgələrində PKK üzvləri tərəfindən partlayışlar törədilib. Hərbi hissələrə silahlı basqınlar edilib. Silahlı hücumlar zamanı bir neçə zabit şəhid olub. Onlarla terrorçu öldürülüb.  Ağrı vilayətində terroçular tərəfindən qaz borusu, Muş bölgəsində isə iki körpü partladılıb. 

Türkiyə Milli Təhlükəsizlik Nazirliyi və ordu kürdlərin daha çox məskunlaşdığı bölgələrdə əməliyyatlar keçiriblər. PKK və İŞİD qruplaşmalarının üzvləri olan 1050 nəfər saxlanılıb. Ordu PKK-ya qarşı havadan və qurudan zərbələr endirir.

İŞİD-ə qarşı savaş isə daha çox havadan aparılır. Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirir.

Türkiyə İŞİD və PKK-ya qarşı mübarizədə üzvü olduğu NATO-dan dəstək gözləyir. NATO Türkiyənin ballistik raketlərlə atəşə tutulmasından ehtiyat edir. Bu haqda təşkilatın rəsmi nümayəndəsi Matias Ayxenlaub "İslam Dövləti" və PKK ilə mübarizə aparmaq üçün Türkiyəyə dəstək məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, NATO bu məqsədlə Türkiyənin hava hücumundan müdafiəsini gücləndirir ki, bu da Türkiyə ilə həmrəyliyinin konkret əlamətidir.

Son zamanlar Türkiyədə baş verən gərgin prosesləri, hadisələrin yaranma səbəbi və böyük dövlətlərin bu hadisələrdə Türkiyəyə qarşı nümayiş etdirəcəyi mövqeyi politoloq Elman Nəsirli Sputnik-ə şərh edib:

“Türkiyənin iki cəbhədə beynəlxalq terror təşkilatlarına qarşı mübarizə aparması kifayət qədər çətin və müşkül məsələdir. Bu reallıqdan çıxış edərək Türkiyə dövləti özünün NATO üzrə müttəfiqlərinə, birbaşa təşkilata müraciət edib. Təbii ki, Türkiyə NATO üzrə müttəfiqlərindən dəstək gözləyir. Amma təəssüf ki, Türkiyə lazımi səviyyədə bu dəstəyi, cavabı ala bilməyib. Bu məsələdə birmənalı mövqe var və ondan ibarətdir ki, beynəlxalq terror təşkilatlarına qalib gəlmək üçün əlaqələndirilmiş faliyyət olmalıdır. Və hər zaman, hər yerdə prinsipi ilə mübarizə getməlidir. Necə ola bilər ki, İŞİD, əl-Qaidə, PKK pis olsun, amma ASALA yaxşı olsun. Bu yanaşmalar indiyə qədər beynəlxalq terrorizmə qarşı effektli mübarizə aparmağa imkan vermir. Bir çox hallarda müəyyən dövlətlər çalışırlar ki, Türkiyə ağır işi öz boynuna götürsün. Yəni quru əməliyyatlarında iştirak etsin. Onlar isə müəyyən maddi və havadan zərbələrlə dəstək olsunlar. Bu təbii ki, rəsmi Ankaranı qane eləmir. Buna görə də Türkiyə hələ ki, birbaşa quru əməliyyatlardan çəkinir və düzgün olaraq ehtiyatlı davranış tərzi nümayiş etdirir”.

Politoloq Türkiyənin hazırki prosesləri yaşamasının səbəbi kimi hökumətin müxtəlif terror qruplaşmalarına  ikili standartlarla yanaşmasında görür:

“Əsas səbəb kimi, beynəlxalq teror qruplaşmalarına qarşı mübarizədə ikili standartlar özünü göstərir. Məsələn, ABŞ və Avropa İttifaqı ölkələri də PKK-nı teror təşkilatı kimi tanıyıblar. Amma Türkiyənin PKK-ya endirdiyi zərbələri ABŞ-da daha müsbət yanaşılır. Bu da hakimiyyətin müxtəlif qanadlarında fərqli yanaşmaların olduğunu göstərir. Bunu da demək lazımdır. Amma Avropa İttifaqı ölkələri hesab edirlər ki, PKK teror təşkiatıdır, amma Türkiyənin onunla mübarizəsi, havadan zərbələr endirməsi düzgün reaksiya deyil. Bu məsələlərdə Türkiyəni gözləmə mövqeyində dayanmağa çağırırlar. Bunlar ikili standartlardır. Bir çox hallarda isə Qərb dövlətlərinin müəyyən dairələrinin belə bir tendensiyası hiss olunur ki, onlar sanki müsəlman qüvvələrini bir-birinə qarşı vuruşdurur, onlar arasında ixtilaflar yaratmağa çalışırlar. İŞİD-in bu gün apardığı mübarizdə ən çox ziyan çəkən müsəlman ölkəsi və müsəlman əhalisdir”.   

Hələ ki, PKK və İŞİD-ə qarşı tək mübarizə aparan Türkiyənin Avropa və digər böyük dövlətlərdən ala biləcəyi dəsətəyə gəlincə isə politoloq deyir ki, hazırda Türkiyəyə ilk dəstək üzv olduğu NATO-dan gəlməlidir:

“NATO-nun Türkiyənin müraciətinə adekvat cavabı olmayıb. Ərdoğanın Rusiya prezidenti ilə telofon danışığında da bu məsələ müzakirə olundu. Bu da təsadüfü deyil. Qeyd etdiyim kimi, beynəlxalq terror təşkilatı qlobal şəbəkədir. Onlar bir-birləri ilə əlaqələndirilmiş, koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Onlarla hər yerdə, hər zaman prinsipi ilə mübarizə aparılmalıdır. Necə ola bilər ki, Rusiya və ya başqa bir ölkə bu prosesdən kənarda qalsın və onlara qalib gəlmək mümkün olsun. Müxtəlif yollarla- maliyyə, kəşfiyyat, silah dəstəyi ilə bu problemin öhdəsindən gəlmək lazımdır. Amma hələ ki, Avropa üzrə müttəfiqlərindən Türkiyəyə lazimi dəstək olmayıb. Bu da onu göstərir ki, bəzi dövlətlər məsələlər ikili standartlardan yanaşırlar. Çalışırlar ki, Türkiyəni bu qüvvələrlə üz-üzə qoysular”.

Qeyd edək ki, Türkiyədə hadisələrin qızışmasına səbəbi isə iyulun 20-də Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktının törədilməsi oldu. Terror aktı nəticəsində 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Türkiyə höküməti terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz adlı İŞİD üzvünün törətdiyini açıqladı. 


Mövzu:
Türkiyənin terror əleyhinə mübarizəsi (21)

Əsas mövzular