14:42 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İran istəməz ki, çox ucuz qiymətə neft satsın

MULTİMEDİA
Qısa URL
İran nüvə razılaşması (13)
4701

Politoloq İlqar Vəlizadə “Həftənin icmalı” ilə bağlı “Sputnik”in suallarını cavablandırıb

İran istəməz ki, çox ucuz qiymətə neft satsın
Politoloq İranla “altılıq” ölkələri arasında əldə edilən razılığı, Yunanasıtanın böhrandan çıxış yollarını və Azərbaycanın Avropa ölkələri ilə əlaqələrini şərh edib. 

- Bu həftə dünyada əsas müzakirə movzusu “altılıq” ölkələri ilə İran arasında əldə edilən razılıq oldu. Bu razılıqdan ən xeyirli çıxan tərəf hansı oldu? Bu razılıq dünyaya və regiona nə vəd edir?

— Bu danışıqlar prosesi uzun müddətdir davam edirdi. Son mərhələdə daha çox intensivləşib. Bu onu göstərir ki, həm İran, həm də “altılıq” ölkələri nəyin bahasına olursa olsun bu sazişə qol çəkməyə razı idilər. Hal hazırda həm İran Qərb üçün, həm də Qərb İran üçün lazımdır. Çünki regionda baş verən bir sıra mürəkkəb proseslər və onların həlli zərurəti bu vəziyyətə gətirib çıxarıb. Qərbə bu regionda İranın yardımı, fəaliyyəti lazımdır. Eyni zamanda İran üçün iqtisadi, siyasi vəziyyət, dünyada nüfuzunu artırmaq üçün Qərbin sanskiyalarının aradan qaldırılması mütləq şərt idi. Ona görə də bu saziş imzalandı. Bir məsələyə diqqət yetirmək lazımdır ki, bu saziş müəyyən dərəcədə şərti xarakter daşıyır. Ona görə ki, bu çox mübahisəli məsələlər sazişən kənarda qalıb. İndi bu məsələləri ilin axırına qədər MAQATE çərçivəsində həll etmək üçün qərar gəliblər. Bütün hallarda bu sazişin bağlanması həm region, həm də dünya siaysətində baş verən proseslərin qaydasında getməsi üçün vacib məsələdir. İranın sanksiyalar rejimindən çıxması Azərbaycana müsbət təsir edir. Məsələ, regionda cənub-şimal dəmiryolu layihəsi həyata keçirlirdi. Uzun müddətdir ki, bu layihə əngəllərlə qarşılaşıb. Bu əngəllər onunla əlaqələndirilir ki, İranın kifayət qədər maliyyə imkanları yoxdur ki, belə bahalı layihəni həyata keçirsin. Amma indi müəyyən maliyyə imkanları əldə etməklə bu layihənin həyata keçirilməsində işləri sürətləndirəcək. Eyni zamanda Xəzəryanı ölkələrin əməkdaşlığına da kifayət qədər təkan verəcək. Xəzər dənizinin limanlarının bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsinə də müsbət təsir edəcək.

- Bəzi politoloqlar fikirləşir ki, burazılıqdan  onar dünyada Rusiya və Azərbacanın karbohidrogen ehtitalarına diqqət və azalacaq. Siz necə düşünürsünüz?

— Belə düşüncələr var. Onlara əsas da var. Əlbətdə ki, İranın neft, qaz bazarına çıxması onsuz da çox yüksək olmayan qiymətlərə təsir edəcək. İranın hazırda satış üçün müəyyən rezervləri var. Amma bu xam neftin potensial alıcıları digər mənbələrdən neft alırlar. İran həmin ölkələrlə yeni münasibətlər qurub, onlara neft satmalıdır. Amma bunun üçün də müəyyən qədər vaxt lazımdır. Amma spekulativ maraqlar və birja fırıldaqçıları bu məslələri nəzərə alaraq çalışacaqlar ki, neft qiymətlərində oynasınlar. Bu da bir qədər neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq. Bu Azərbaycan üçün əlbətdə yaxşı hal deyil. Amma uzun müddətli proqnozlara baxanda burada müəmmalı məsələlər var. Ola bilsin ki, neftin qiymətləri düşə bilər. Amma bir tərəfədən də İran istəməz ki, çox ucuz qiymətlə nefti dünya bazarına satsın. Burada OPEC çərçivəsində çox güman ki, danışıqlar gedəcək. İran da bu qurumun üzvüdür. Burada müəyyən sövdələşmə, razılaşma əldə oluna bilər ki,  neftin qiyməti çox aşağı düşməsin.

- Yunanıstan höküməti Avropa Birliyindən kredit götürülməsi ilə bağlı qəara verib. Yunanaıstanda bununla da böhranın aradan qalxdığını düşünmək olarmı?

— Yunanasıtan Avropa İttifaqından bu krediti çox sərt şərtlərlə götürüb. Bu heç də o demək olmaz ki, Yunanaıstanın qələbəsidir. Bu praqmatik bir addım idi. Bunu gözləyirdik. Yunanıstanın başqa çıxış yolu yox idi. Ağır şərtlərlə kredit götürüblər və buna əməl etməlidirlər. Bu qərar avrozonanın böhrandan çıxarılmasına yönəlib. Təkcə Yunanaıstanla bağlı deyil. İndi bu kreditin necə xərcləməsi, kredit siyasətinin həyata keçirilməsini Avropa maliyyə qurumları ciddi nəzarət edəcəklər.

- Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyevin çıxşı oldu. Almaniya Bundestaqı və Avropa Şurası haqda sərt təqnidi fikirlər səsləndirdi. Bundan sonra Qərb və Azərbaycan münasibətlərini necə şərh edərdiniz? 

— Cənab prezident çıxışında bir neçə ciddi məsələyə toxunub. Azərbaycanın Avropa ökələri ilə münasibətlərdə ümumən ciddi problemləri yoxdur. Avropa İttifaqında müəyyən qüvvvələr var ki, Azərbaycanla münasibətlərdə diqtə, təzyiq formasını seçiblər. Birtərəfli olaraq öz mövqelərini həyata keçirmək istəyirlər. Bu Azərbaycan üçün tamamilə qəbul olunmazdır. Biz bu siyasətin həyata keçirilməsinə imkman verməyəcəyik. Bizim kifayət qədər öz resurslarımız var, müstəqil siyast aparmaq imkanlarımız var və heçkəsdən asılı deyilik. Bu bir mesaj idi. Bu mesaj o ölkələrə, siyasi dairələrə yönəlib ki, onlar bu vəziyyəti yenidən təhlil etsin və Azərbaycanla olan münasibətlərin praktikasında olan nöqsanları aradan qaldırsınlar. Bu yanaşma həmin ölkələrin regionda olan mövqelərinə də ciddi zərbə vurdu. Həmin ölkələri dialoqa çağırırıq. Bu dialoq qarşılıqlı xarakter daşımalıdır. Dialoqda müxtəlif proseslər baş verə bilər. Amma bu proseslər tərəflərin maraqları ilə tənzimlənməlidir. Cənab prezident sərt bəyanatla çıxış edib. Güman edirəm ki, bu bəyanat həmin siyasi dairələrdə eşidiləcək və nəticələr çıxarılacaq. 


Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular