14:43 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İranla razılaşdılar, bəs sonra?

MULTİMEDİA
Qısa URL
İran nüvə razılaşması (13)
3301

Ekspertlərin fikrincə, bu anlaşmanın imzalanması gərginliyin aradan qaldırılmasında yaxşı nümunə oldu

İranla razılaşdılar, bəs sonra?
Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub.

“Reuters” diplomatik mənbəyə istinadən xəbər yaymışdı ki, saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit ediləcək. Mənbə qeyd edib ki, saziş imzalandıqdan sonrakı bir ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunacaq.

Qərb diplomatları ilə razılaşmanın əldə olunması xəbərini eşidən kimi iranlılar küçəyə çıxaraq bayram ediblər.

İrana qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra İranı nə gözləyir və bu razılıq bölgəyə və regiona nə verəcək? Bu məsələləri araşdırmağa çalışdıq.

Politoloq İlqar Vəlizadə İranla “altılıq” ölkələri arasında əldə olunan razılığın perspektivləri barədə fikirlərini “Sputnik”ə deyib:

“Ümumiyyətlə bu danışıqların müsbət nəticəsi həm İran, həm bölgə ölkələri, həm də beynəlxalq siyasi vəziyyət üçün çox müsbət haldır. Amma eyni zamanada bunu da demək lazımdır ki, danışıqaların mürəkkəb keçməsi və yekun sənədin hələ də qəbul olunmaması ondan xəbər verir ki, tərəflər şərti olaraq razılığa gəliblər. Yəni bütün razılıqlar yekun sənəd imzalansa belə müəyyən dərəcədə şərti xarakter daşıyır. Bu son qərar deyil. Ola bilər ki, bu qərarın qəbul olunmasından sonra danışıqların yeni mərhələsini görə bilərik”.

Politoloq İlqar Vəlizadə onu da bildirdi ki, İranla “altılıq” ölkələri arasında əldə olunan razılıq dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsinə səbəb olmayacaq. Bunun səbəbi isə, əvvəllər İran qazının alıcılarının hazırda qarşılıqlı müqavilələr əsasında digər ölkələrdən neft almasıdır. Tərəflər bu müqavilənin şərtlərinə əməl etməlidir. Bu müqavilələr başa çatdıqdan sonra İran öz nefti ilə bazara girə biləcək və bu müddət ən tez 2016-cı ildə mərhələli şəkildə baş verə bilər.

Politoloq Elxan Şahinoğlu da danışıqların həllinin müsbət tərəflərindən danışıb:

“Bu anlaşmanın imzalanması gərginliyi ortadan qaldıraraq çox yaxşı bir nümunə oldu. Bölgədə çox gərgin vəziyyət hökm sürür: Suriyada və İraqda müharibələr, İŞİD terror qruplaşmasının törəddiyi cinayətlər, Ukraynadakı ağır vəziyyət, Rusiya – Qərb qarşıdurması. Belə bir ərəfədə böyük dövlətlərin apardığı danışıqlar uğurla nəticələndi – İranla bağlı real bir nəticə ortaya qoydu. 5-6 il əvvəl dünyada danışılırdı ki, Amerika və İsrail İrana hava zərbələri endirəcək. Anlaşmanın imzalanması ilə bu mövzu da gündəndəm qalxıb. Düzdür, İsrail narazıdır, amma əsas olan odur ki, İran nüvə silahı istehsal etməyəcək. Qərb də bundan razı qalaraq İrana qarşı sanksiyaları yumşaldır. Gələcəkdə hətta mümkündür ki, Qərblə İran arasında çox sıx əməkdaşlıq başlasın. Mən təəccüblənmərəm ki, necə ki Amerika indi Kubada səfirlik açmaq haqda düşünür, eləcə də Tehrandakı səfirlik fəaliyyətə başlaya bilər. Bütün bunlar olacaq”.

Bəs sanksiyaların aradan qaldırılması Azərbaycana na vəd edir? Elxan Şahinoğlunun şərhi: 

“Bunlar Azərbaycan üçün də xeyirlidir, çünkü bölgədə gərginlik azalır. İrandan da Azərbaycana bəzi təhdidlər vardı ki, guya Azərbaycan torpaqlarından ona qarşı istifadə oluna bilər. İndi biz bu təhdidlərdən də qurtulduq. Bu mənada Azərbaycan üçün də xeyirli oldu ki, bölgədə əməkdaşlıq başlayır, İran – Qərb qarşıdurması və sanksiyalar ortadan qaldırılır”.


Mövzu:
İran nüvə razılaşması (13)

Əsas mövzular