23:56 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Белый Дом
© Flickr / Neill Turner

ABŞ-dan növbəti anti-Rusiya addımı

MULTİMEDİA
Qısa URL
1501

Ağ Evdə Yatsenyukun apardığı islahatları alqışladılar, Rusiyaya qarşı sanksiyaları davam etdirəcəklərinə vəd verdilər

ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden Ukraynanın baş naziri Arseniy Yatsenyukun islahatlarını alqışlayıblar və ona vəd veriblər ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları tam gücü ilə davam edəcək.

İyulun 13-də Yatsenyukun rəhbərliyi ilə Ukrayna hökumətinin nümayəndə heyəti Vaşinqtonda Ukrayna-Amerika investisiya forumunda iştirak edib. Protokola görə Yatsenyuk vitse-prezident Co Bayden ilə görüşüb, lakin prezident Obama “görüşə daxil olub”,- Ağ Ev bildirib.

“Prezident Obama və vitse-prezident Bayden Ukrayna suverenliyi və ərazi bütövlüyünə dəstəklərini bildirərək qeyd ediblər ki, ABŞ Rusiyaya qarşı sanksiyaların saxlanılmasında Rusiyanın Minsk sazişləri üzrə öhdəliklərini tam yerinə yetirməyincə sadiqdirlər”, — Ağ Evin məlumatında deyilir. Moskva Ukraynanın daxili işlərinə müdaxilə etmək və Minsk müqavilələrinin yerinə yetirilməməsi ilə bağlı Qərbin ittihamlarını qəti şəkildə rədd edir.

Obama və Bayden Ukraynanı Minsk öhdəliklərinə riayət etmək məsələsində tənqid etmədilər. Əksinə, onlar Ukrayna hökümətini Minsk müqavilələrinə uğun olaraq öz öhdəliklərinin yerinə yetirilməsində atılan addımları və Ukrayna parlamentində mərkəzləşdirmə üzrə konstitusiyaya dəyişiklik layihəsini yüksək qiymətləndiriblər. 

Obama və Bayden həmçinin Yatsenyuka Beynəlxalq Valyuta Fondunun (BVF) tələblərinə uyğun olaraq yeni islahatların əhəmiyyətini xatırladıblar. Liderlər razılaşdılar ki, Ukraynanın BVF və digər maliyyə institutları qarşısında öz öhdəliklərini yerinə yetirilməsi üçün enerji sektorunda islahatlarda əlavə addımların atılması vacibdir. 

Obama və Bayden Ukraynanı islahatların iddialı gündəminə və ölkədə maliyyə sabitliyini sarsıda bilən populist tədbirinlərə qarşı möhkəm mövqeyə görə dəstəkləyiblər.

“Rosiya seqodnya” BİA


Əsas mövzular