23:13 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
İlham Əliyev
conflict.az

Sakibkarlığa qanunsuz müdaxiləni yığışdırmaq üçün nə etməli?

MULTİMEDİA
Qısa URL
3611

İqtisadçı ekspertin fikrincə, bunun üçün vergi mexanizmi durmadan təkminləşdirmək lazımdır

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışında ən əsas diqqət çəkən məsələ ölkədə sahibkarların fəaliyyəti ilə bağlı oldu.

Ölkə başçısı vergidən yayınan sahibkarlara və sahibkarlardan əlavə haqq tələb edənlərə sərt şəkildə xəbərdarlıq etdi. Sahibkarların vergiləri tam şəkildə ödəməli olduğunu deyən prezident Vergilər Nazirliyinin də fəaliyyətinə toxunub:

“Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

İqtisadçi ekspert Pərviz Heydərov prezidentin sahibkarlığın fəaliyyəti ilə bağlı fikirlərini “Sputnik”ə şərh edib:

“Cənab prezident ilk dəfə deyil bu mövzuya toxunur. Bununla bağlı cənab prezident bir neçə sənəd də imzalayıb. Prezident müvafiq tapşrıqlar verib, sərt çıxışlar edib, addımlar da atıb. Məsələnin kökü ondadır ki, heç bir sahibkar dünyanın ən güclü inkişaf etmiş ölkəsində belə vegidən yayınmaq istəməz. Sahibkar vergidən o zaman yayınmaq istəyir, cəhd göstərir, həmin vergi rejimi o sahibkar üçün əlverişli olmur. Qanunsuz halları yığışdırmaq üçün ölkədə vergi mexanizmi durmadan təkminləşdirilməlidir. Belə halları inzibati yollarla aradan qaldırmaq mümkün olmayacaq. Hansı addımlar atılsa da, yenə sahibkarların işlərinə müdaxilə olacaq. Əgər sahibkarın vergidən yayınmağa marağı olmasa, ona müdaxilə imkanları da minimum həddə olar. Heç bir dövlət orqanı, bu və ya digər təşkilat sahibkarın işinə müdaxilə edib, ondan nəsə tələb edə bilməz”.

Ekspertin fikrincə dünya bazarında neftin qiymətinin düşməsi, daxili hasilatın azalması qeyri-neft sektorunun inikşafını vacib edir. Bvuna görə də ölkədə sahibkarlığın inkişafına dəstək göstərilməlidir. Əsas diqqətin kiçik və orta sahibkarlara yönəldilməli olduğunu deyən ekspert ölkədə sahibkarlığın inkişafının əsas yolunu belə izah edir:

“Hazırda dünyada neftin qiyməti qeyri-qənaətbəşdir. Azərbaycanda neft hasilatı ildən-ilə aşağı düşür. Bütün bunları ona görə qeyd edirəm ki, ölkədə sahibkarlığın inkişafı zərurətə çevirilir. Xüsusən də sahibkarlıq dedikdə orta və kiçik sahibkarlığı əsas götürməliyik. Orta və əsas sahibkarlığın inkişafı üçün də ölkədə əlverişli vergi rejimi olmalıdır. Bütün proseslər bizi ona doğru aparır. Cənab prezidentin də sonuncu, ondan əvvəlki çıxışları və bundan sonra atılacaq addımlar bizi həmin məqsədə yaxınlaşdıracaq. Azərbaycanın yaxın illərdəki gələcəyi orta və kiçik sahibkarlığın inkişafından asılıdır. Başqacür ölkə büdcəsinin gəlirlərini təmin etmək mümkün deyil”. 

Qeyd edək ki, Prezident İlham Əliyev ölkədə böyük sahibkarların kiçik və orta sahinkarlarla qanunsuz mübarizəsi, kiçik sahibkarlara qarşı vergi sistemində yaradılan çətinliklərlə bağlı bir neçə dəfə sərt xəbərdarlıqlar edib. 


Əsas mövzular