07:57 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Zahid Oruc
© Sputnik / Talyb Barkhudayev

Avropa Azərbaycanın ayağına gələcək

MULTİMEDİA
Qısa URL
1501

Millət vəkili Zahid Oruc prezident İlham Əliyevin fikirlərini şərh edir

Azərbaycan prezidenti İlham Əliyev Almaniya Bundestaqında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə münasibət bildirib. 

Prezident iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Almaniyanın anti-Azərbayacan siyasətini çirkin kampaniya olduğunu deyib:

“Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var, Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı, dünyaya hakimdirmi, hamı onlara tabemi olmalıdır? Görünür ki, onlar pis öyrəşiblər, amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya çərçivəsindədir, bizim onlardan heç bir istəyimiz yoxdur. Əksinə, bizim qazımız, kontraktlarımız, neftimiz, bizim bu coğrafiyada, ərazidə fəaliyyətimiz onlara lazımdır”. 

Prezidentin Almaniyanın son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyinə açıq və sərt şəkildə münasibət bildirdi. Bu isə son zamanalar özünü dünyada lider, söz sahibi kimi göstərməyə çalışan Almaniya qarşısında Azərbaycanın geri addım atamayacağının göstəricisidir.  

Bəs görəsən Almaniya ilə münasibətlərdə prezidentin bu çıxşı perispektivdə nəyi dəyişəcək? Bundan sonra münasibətlər hansı müstəvidə olacaq?

Milli Məclisin deputatı Zahid Oruc prezidentin bu çıxışını “Sputnik”ə şərh edib:

“Ölkə rəhbəri səviyyəsində növbəti dəfə Azərbaycan və beynəlxalq təşkilatlar arasında yaranmış vəziyyətin şərh olunması çox ciddi siqnallardır. Ümumiyyətlə siyasi mənafelərin təminatı prosesi elədir ki, burada maraqlar çox sürətlə dəyişir. Amma adekvat olaraq dövlətin resursları da həmin işə tabe etdirilir və bəzən fərqli mövqelər, təbliğatlar fasilələrlə gündəmə çıxarılır. Lakin bu dəfə Avropa-Azərbaycan siyasi toqquşmaları uzun çəkdi. Biz əlbətdə ki, bunu possovet məkanındakı qeyri-müəyyənlikdə axtarırıq. Həmçinin Rusiya ilə məlum savaşın davam etməsi ilə əlaqələndiririk. Politologiyadakı məşhur “sürünən münaqişələr” anlayışını burada işlətmək yerinə düşərdi. Təəssüflər olsun ki, Azərbaycan Qərbə doğru can atdığı, bu yolun böyük bir hissəsini qət etdiyi halda bizə qarşı amansız bir xətt həyata keçirildi. Almaniya Bundestaqı Ermənistanla bağlı hər hansı bir müzakirələr aprıbmı? Yaxud da ki, elə bölgə ilə bağlı geniş müzakirələr olubmu? Keçmişdə Bundestaqda Qarabağla əlaqəli iki müsbət qətnamə qəbul olunub. Bütün bunlar Azərbaycanın Almaniyanın müxtəlif partiyaları, siyasi qurumları dövlət təmsilçiləri ilə işləmələri hesabına olub. Heç bir Qərb parlamentarisi, siyasi təmsilçisi və heç bir dövlətin elitar nümayəndəsi birdən-birə Cənubi Qafqaz reallıqlarına can yandıraraq, beynəlxalq hüququn tapdalandığını görüb hansısa bir qərarla çıxış etməyib”.

Zahid Orucun fikrincə, prezidentin bu çıxışı Azərbaycanın xarici siyasətində fərqli kordinat sistemləri deməkdir. Deputat bundan sonra Azərbaycanın Qərb dövlətləri ilə ikitərəfli münasibətlərini güncləndirəcəyini və yeni yol xəritəsi seçəcəyini deyir:

“Cənab prezidentin qaldırdığı məsələlər Azərbaycanın xarici siyasətində fərqli kordinat sistemləri deməkdir. Yəni, biz əvvəlki dönəmlərdə, yeni müstəqillik qazandığımızı nəzərə alaraq yalnız siyasi və hüquqi cəhətdən əsasən Avropanın tərkib hissəsi, tərəf müqabili olmaq istəyirdik. İndi isə Avrasiya məkanın siyasi iqtisadi cəhəddən tərəf müqabili olmaq isyətirik. Amma mən düşünmürəm ki, biz Avropadan qopmaq niyyətindəyik. Azərbaycan da Ermənistan kimi bir qütblü siyasətə düşəcək? Əlbətdə yox. Biz Qərb dövlətləri ilə ikitərfli münasibətlərimizi gücləndirəcəyik, amma Avropa Şurası ilə 2001-ci ilin yanvarın 5-də imzalanmış öhdəliklər sənədi bitib. İndi yeni yol xəritəsinə ehtiyac var. O cümlədən digər ölkələrlə ikitərəfli əsnada münasibəltərə ehtiyac var. Cənab prezident qeyd etdi ki, Avropa Birliyi ilə müqavilə imzalanacaqdır, amma bərabər hüquqlu. Hazırda nüfuz dairələrinə bölünmə var və Azərbaycanı sanki Almaniyaya vermək istəyirlər. Elə bil ki, bizi onlara tapşırıblar. Və hər gün Berlindən qərar verilməlidir və Azərbaycan hakimiyyəti də onlara tabe olmalıdır. Dünyada belə münasibətlər qurula bilməz. Ona görə də mən əminəm ki, Avropa dairələri Azərbaycanla münasibətlərin, Azərbaycan siyasi hakimiyyətinin ayağına gələcəklər. Bəli, etiraf etmək lazımdır ki, onların resursu böyükdür, dünyada hegomon bir gücləri var. Amma diqtə ilə uğur qazanılmır. Bunu keçmişdəki müxtəlif ölkələrlə münasibətlərin tarixi sübut edir”.

Qeyd edək ki, ötən ay Almaniya Bundestaqında “Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamə qəbul edilib.


Əsas mövzular