00:20 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
İŞİD məktəbi
© Sputnik / Valery Melnikov

İslam Dövləti – qan üzərində biznes

MULTİMEDİA
Qısa URL
2601

Ekspert hesab edir ki, İŞİD cinayət biznesinin transmilli səviyyəyə çıxarmaq üçün bir vasitədir

İslam dövlətinin (İŞİD) siyasi layihə olduğunu iddia etmək obıvatellər üçün sadələşdirilmiş versiyadan artıq bir şey deyil. Vladimir Lepexin hesab edir ki, əslində İD cinayət biznesinin transmilli səviyyəyə çıxarmaq üçün bir vasitədir.

Hər gün dünya informasiya məkanı İslam dövlətinin silahlıları tərəfindən törədilmiş növbəti cinayət hesabatı ilə yenilənir. Qərb kütləvi informasiya vasitələrinin bu cinayətlər haqda şərhləri eynidir. Qatil və talançıları Allahın əsgərləri, İslam xilafətinin qurucuları və hətta ədalət döyüşçüləri kimi adlandırırlar, bu da ki, həqiqətə heç uyğun deyil.

Dünya ictimaiyyətini layihənin siyasi xarakter daşıdığına inandırmaq üçün, İD silahlıları nümayiş xarakterli edam və digər səhnələşdirilmiş fəndlər təşkil edirlər. Əslində, hər şey daha primitiv və sərtdir. Hər hansı bir cinayət və super-gəlirli biznesdəki kimi.

İD liderlərinin siyasi bəyanatları yayındırıcı manevrdır

İD silahlılarını həqiqətən də nəsə cəlbedici bir ideya birləşdirsəydi, biz çoxdan onu görüb eşidərdik. Lakin, İslam dövlətinin rəhbərləri heç vaxt ətraflı və mənalı çıxışlar etməyiblər. Edam videorolikləri boldur, amma intellektual məhsul yoxdur.

İstənilən ideologiya bir sistemdir: bu yalnız bir şüar deyil, həm də proqramlar, traktatlar, müəllif təbliğatı, vərəqələr, bəyannamələr, çağırışlar, debatlar və ən əsası – sırf öldürülmə və məhvə aparmayan fəaliyyət məntiqidir.

İdeologiya həmişə konkret və aydın idealın olduğunu nəzərdə tutur. Lakin belə bir ideal İD silahlılarında yoxdur. Eləcə də, zəbt olunmuş ərazilərin yenidənqurulması üçün sosial proqram, mənalı mətnlər və ya alternativ fəlsəfə dəyərlər ortaya qoyulmayıb. Bunlarsız yeni bir dövlətin qurulması mümkün deyil. 

İD-in bütün görünən tərəfi davamlı qətllər, oğurluq və vandalizmdən ibarətdir.

İD-in hərəkətlərində nə ideallar, nə real ədalət döyüşü, nə rəqabətə davamlı inkişaf strategiyası təklif etmə görünmür. Şəxsən mən ancaq topların aktiv işə salınmasını və İslam dövlətinin sıralarını zülümkar iş adamları ilə doldurduğunu görürəm. 

Bundan əlavə, iştirakçıların hər biri tam aydın missiya yerina yetirir: təcavüzkarlar qarət edib öldürür, menecerlər qan üzərində piar qurur, biznesmenlər isə pul qazanır.

Mən fərdi və kütləvi siyasi qətl sifarişlərinin yerinə yetirilməsini müşahidə edirəm — bu səbəbdən vaxtaşırı videolar müştərilərə sifarişin yerinə yetirilməsini bildirir. Kütləvi qətillərin videoları yalnız hesabat deyil, həm də müştərilərə maraqlı olan sahələrdə soyqırım və terror təşkili xidmətlərinin reklamıdır.

Silahlıların çoxgəlirli istehsalı və dünyanın ən müxtəlif guşələrinə Əfqanıstan və İraqdan böyük miqdarda keçən narkotik ticarətinə nəzarət etmək arzusu hiss olunur.

İD silahlıları ticarət axınına girovları da əlavə ediblər. Əsirlərdən bəzilərini varlı qohumları, cavan qadınları isə əxlaqsızlıq yuvaları alırlar. Cadugərlik ittihamı ilə qadınların silahlılar tərəfindən edam edilməsinin şəriət qanunları və ya digər ideallara uyğun olan “gender məsələsi” ilə heç bir əlaqəsi yoxdur. Qadın və uşaqları xəbərdarlıq üçün öldürürlər ki, heç kim İD silahlılarına bütün dünyanın hərəmxanalarını minlərlə seks köləsi ilə təmin etməyə mane olmasın.

Dünyaya qədim məbədlər, heykəllər və müxtəlif artefaktların İD silahlıları tərəfindən məhv edilməsi şousu nümayiş olunur, lakin bir müddət sonra o antikvariatlar Qərb ölkələrində qara bazar və əntiq hərraclarına çıxır.

Amma ən əsası — biz insanların baş kəsilməsi ilə qətlini görürük. Düşünmək olar ki, sonra onların cəsədləri parçalanır və insan orqanı bazarının nəhəng satıcılarına təhvil verilir. 

Saxta iz və əsil maraqlar

Siyasi hərəkat kimi təqdim olunan İslam dövləti Qərb mətbuatı ilə qidalanan saxta izdir. Əslində, İD gündə 24 saat ərzində qanunsuz, cinayətkar, lakin çox gəlirli biznes sahələrində pul qazanan silahlı qruplaşmadır. 

Heç kim İD-ə qarşı beynəlxalq tribunal təşkil etmir, heç kim məhkəmə iddialarında, İnterpol xətti ilə fəaliyyətdən və BMT-nin qətnamələrindən narahat deyil. Elə təəssürat var ki, İD silahlılarına baş kəsmək üçün yaşıl işıq yandırılıb.

Düşünürəm ki, vəziyyət belədir: onlara yaşıl işığı yeni və çoxgəlirli bazarları başqa əllərlə mənimsəyən Qərbin ən böyük korporasiyaları yandırıb.

İD-in ən davamlı rəqibləri Bəşər Əsəd və kürdlərdir. Eyni zamanda, Barak Obama, sanki on minnərlə radikal islamçıların qurbanlarına lağ edərək bu yaxınlarda bildirib ki, “Bəşər Əsədin iştirakı olmayan yeni Suriya höküməti İD-lə mübarizə aparmağın yeganə yoludur”.

Daha əvvəl isə, ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pover (Samantha Power) Rusiyanı ABŞ-a İD-lə mübarizə aparmasına mane olduğunda ittiham edib.

Harada və yansı yerdə Rusiya bunu etməyə mane olur? Bəlkə o, terrorizm və ekstremizmə qarşı mübarizəyə Qərb şirkətlərinin nəzarəti altında həyata keçirilən qan biznesində iştirak etməməklə mane olur?

Bu gün kimsə İD tərəfindən tutulmuş ərazi və neft emalı zavodlarından neft və neft məhsulları alır. Kimsə İD vasitəsilə dünyanın ən qaynar nöqtələrinə, post-sovet məkanına kütləvi silah təchizatı keçirir, eləcə də muzdlu qatillər bazarını formalaşdırır. Kimsə talan edilmiş kilsə və muzeylərdən oğurlanan artefaktları alıb Qərb oliqarxlarının ev və şəxsi kolleksiyalarını bəzəyir. 

Butün bu və başqa çoxgəlirli bizneslər İD bölmələrinin ədalət və ənənəvi dəyərlərin qorunması üçün mübarizəsi haqda aparılan söhbətlərin altında gizlədilir.

Kölgə transmilli kapitalı ilə necə mübarizə aparmalı

Qərb dünyasında istehsal böhranı və artan işsizlik nəticəsində transmilli şirkətlərin çoxu beynəlxalq kölgə bazarlarına çıxır. 

XXI əsrdə enerji bazarından əlavə ən rəqabətli və gəlirli bazarlarlar narkotik, silah qaçaqmalçılığı  və xüsusilə insan orqanlarının bazarları olur. Və bazarlara nəzarət etmək üçün Qərb şirkətlərinə muzdlu qoşunlar lazımdır. 

Bundan əlavə, Qərb transmilli şirkətlərinə daha artıq beynəlxalq hüquq çərçivəsində kriminal biznesin yerləşdiyi “suveren” ərazi kimi mühafizə olunan nəzarətsiz dövlətlər lazımdır (Kosovo, Somali, Ukrayna, İD).

Bu gün çoxsaylı muzdlu qrupları neft yataqlarının ələ keçirmək üçün Yaxın Şərqinə atılıb, sabah belə qruplar Arktika və ya Kamçatkaya atıla bilər, növbəti gün isə, onlar bütöv ada və beynəlxalq dəniz tranziti ərazisində olan əraziləri tutmağa başlayacaqlar.

Bu çoxgəlirli bazarlarla mübarizə üçün beynəlxalq ictimaiyyətə yenə saxta, Qərb siyasətçiləri və rəsmilərinin kriminal biznesinin üstünü örtən siyasi layihələr sırınacaq.

Lepexin Vladimir Anatolyevic, 

filosof-antrpoloq, “Rosiya seqodnya” BİA-nın Zinovyev klubunun üzvü


Əsas mövzular