02:13 18 Oktyabr 2017
Canlı yayım
Hacı Adil Hüseynov_ilahiyyatçı
Sputnik.az

Orucluq vaxtı toy və yas mərasimləri necə keçirilməlidir?

MULTİMEDİA
Qısa URL
6601

Hacı Adil Hüseynov orucluq və onun vacibliyindən danışır

Ramazan ayı insanın həyatını yaxşılığa doğru dəyişmək, özünü, rəftarını düzəltmək və fəaliyəti İslam prinsiplərinə əsasən qurmaq üçün ən münasib vaxtdır.

Oruc tutmaq Allahla bəndə arasındakı münasibətə birbaşa təsir edir. Çünki Allah bu ayda bəndə üçün xüsusi abı-hava yaradıb ki, o, öz ürək sözlərini xaliqə deyə bilsin.

Ramazan ayı insanın özünə gəlməsi və bir illik qəflətdən oyanması üçün əlverişli fürsətdir. Bu gün cəmiyyətdə insanın ruhuna olduqca mənfi təsir göstərən amillər var. Ramazan ayı isə bəndəyə günahlardan uzaq olub, Allaha yaxınlaşmaq üçün kömək edir. Elə bir kömək ki, orucluğun sonunda insan özünün əsaslı şəkildə dəyişildiyini hiss etsin. 

İyulun 9-u “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Aqentliyinin Mətbuat Mərkəzində ilahiyatcı Hacı Adil Hüseynovun  «Ramazan ayının ənənələri və orucun saxlanması xüsüsiyyətləri» mövzusunda jurnalistlərlə görüş  keçirildi. Tədbirdə Hacı Adil Hüseynov orucluq və onun vacibliyi haqda danışıb:

“Quran insanların hidayət olunması üçün gəlib. Bunu təsis edən varlıq elə bir varlıqdır ki, onun üçün keçmiş, gələcək, indiki zaman, insanın daxili və xarici aləmi — bu məhdudiyyətlər yoxdur. Bunların hamısından xəbərdar olduğu üçün kamil bir konsepsiyanı təsis edib və bizim üçün bu mübarək ayda göndərib”.

Adil Hüseynov eləcə də orucluq vaxtı toy və yas mərasimlərinin keçirilməsindən söz açdı:

“Bu ayda toyları saxlayırlar, onları etmirlər. Əslində bu məsələ öz-özlüyündə problemli bir şey deyil. İftardan sonra toyu da edə bilərsən, amma hansı toyu? Bizim bu gün etdiyimiz toy ənənəsi halal ilə haramın bir-birinə qarışmış vəziyyətindədir. Yas mərasimlərini də gündüz — oruc olan vaxtı vermək düzgün deyil. Mərasimi təşkil edərsən, amma ehsan verə bilmərsən. Çünkü o səvabdan kənara çıxır. Gün batandan sonra axşam azanı zamanı isə, ehsanı edə bilərsən. Bunun səvabı daha da çoxdur”.


Əsas mövzular