13:34 23 Oktyabr 2017
Canlı yayım
Ufa prior to SCO/BRICS summits
BRICS/SCO Photohost

Başqırdıstanda böyük güclərin paradı

MULTİMEDİA
Qısa URL
2801

Ufada Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS sammitləri başlayır

İyulun 8-i beynəlxalq Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS sammitlərinə Ufa şəhərində start verilib. Tədbirlər Başqırdıstan Respublikasının paytaxtında  iyulun 10-dək davam edəcək.

Bu il Rusiya BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik edir. Şanxay Əməkdaşlıq Təşkilatının genişləndirilməsinə başlanmasının elan ediləcəyi gözlənilir. Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Monqolustan, Hindistan, İran, Pakistan və Əfqanıstan müşahidəçi statusuna malikdirlər. 2014-cü ilin sentyabrında Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmaq üçün rəsmi müraciət ediblər.

BRİKS-in iştirakçı dövlətləri isə, Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, BRIKS sammitində danışıqların diqqət mərkəzində beynəlxalq iqtisadi mühitinin yaxşılaşdırılması məsələsinin, üzv dövlətlərin qarşılıqlı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi və “İyirmilik Qrupu”  çərçivəsində əməkdaşlığı gündəmə gətirməkdir. 

“Beynəlxalq Valyuta Fondunun idarə sistemində islahatların aparılması, fondda sürətlə inkişaf edən iqtisadiyyatların rolunun artırılması aktual olaraq qalır” – Uşakov bildirib. Onun sözlərinə görə, sammitdə BRIKS və Pula valyuta ehtiyatlarının yeni İnkişaf Bankının fəaliyyət aspektlərini müzakirə edəcəklər.

BRIKS İnkişaf Bankının yaradılması haqqında saziş 2014-cü ilin iyulunda Braziliyada imzalanıb. Gözlənilir ki, bu infrastruktur BRIKS və inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün böyük çoxtərəfli inkişaf institutlarından biri olacaq.

BRİKS üzv dövlətlərinin rəhbərləri Ufada təşkilatın Biznes Şurasının üzvləri ilə görüşəcək, Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya prioritetləri arasında dünya siyasəti və iqtisadiyyatın əsas məsələləri üzrə strateji və cari əməkdaşlıq üçün tam hüquqlu mexanizm kimi BRİKS-in gücləndirilməsi var. Proqramla müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün təxminən 110 tədbirin keçirilməsi təyin edilib. 

Praktiki olaraq, BRIKS İqtisadi Tərəfdaşlıq Strategiyasının hazırlanması tamamlanıb. Sənəd təşkilatın məqsədlərini həyata keçirilməyə xüsusi mexanizm prioritetləri müəyyən etmək üçün nəzərdə tutulub. Rusiya tərəfdaşlara strategiyanı tamamlamaq üçün konkret inverstisiya layihələri təklif etməyə hazırdır — təxminən 50 təklif və biznes təşəbbüsü var.

Uşakov bildirib ki, BRİKS liderləri Suriya böhranı, İran ətrafındakı vəziyyəti, Yaxın Şərq nizamlanması və digər aktual məsələləri müzakirə edəcəklər.

Belə bir müzakirə bağlı qapılar arxasında da planlaşdırılır. Qapalı şəraitdə iş naharı zamanı Ukrayna, Yunanıstan, “İslam Dövləti” tərəfindən terror təhlükəsi və digər beynəlxalq gündəmdə olan məsələlər müzakirə olunacaq. 

 

BRİKS üzv dövlətlərinin başçılarının görüşüdən sonra Ufa Bəyannaməsi və fəaliyyət planı qəbul ediləcəyi gözlənilir, — prezident köməkçisi bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı sammitində 14 birgə qərarın qəbul edilməsi gözlənilir.

“Sammitində 14 qərar qəbul edəcək. Əsas sənəd – Ufa Bəyannaməsidir, 2025-ci ilədək Şanxay Əməkdaşlıq Təşkilatı inkişaf strategiyasını təsdiq edilməsi haqqında qərar” – Uşakov deyib.

Ufa sammiti çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı və BRIKS üzv ölkələrin liderlərinin AİB ölkələrinin liderləri ilə qeyri-rəsmi görüşü planlaşdırılıb.

Ufa sammitlərində qeyri rəsmi müzakirələrin əsas məqamı Avrasiya İqtisadi Birliyinin Çinin “İpək Yolu” layihəsinə qoşulması ola bilər, — Uşakov əlavə edib.


Əsas mövzular