Sputnik

Şuşada axşamlar yanar ulduzlar
Sputnik

Şuşada axşamlar yanar ulduzlar
Qarabağın incisi Şuşa şəhəri bərpa olunur və Azərbaycanın rəmzlərindən biri kimi öz şöhrətini qaytarır.
Şəhərin işğala qədər necə göründüyünü xatırlayaq
Şuşa haqqında film. Arxiv kadrlar
Bu gün necə bərpa edildiyinə nəzər salaq
Bu şəhərin havasına, suyuna hər bir daşına, hər qarış torpağına azərbaycanlıların ruhu hopub.
Əsası Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulan Şuşa şəhərində həmişə azərbaycanlılar yaşayıblar.

Dağların başındakı bu kurort şəhərində vaxtilə mövcud olmuş mineral su mənbəyi Turşsu, müalicə və sağlamlıq mərkəzləri, Milli Musiqi Alətləri Fabriki, xalçaçılıq mərkəzləri, Şuşa Dram Teatrı, Qarabağ İpəkçilik Kombinatının və Bakı Radio Zavodunun filialları ermənilər tərəfindən dağıdılsa da, uzun illər Cıdır düzündə Çövkən oyunu keçirilməsə də, artıq bütün bunlara yenidən qovuşuruq.
Şuşa – yüksək dağ yaylasında, qala ətrafında salınmış şəhərdir. Şəhər üç tərəfdən 70-80 metr hündürlüyündə sıldırım qayalarla əhatə olunub.

Qayaların ətəyinə duman çökəndə yayla əsrarəngiz adanı xatırladır. Buradan Şuşa vadisinə möhtəşəm mənzərə açılır.

Yaz-yay aylarında şəhər və onun ətrafı yaşıllıqlara bürünür. Şuşanın qeyri-adi dərəcədə təmiz, şüşə kimi saf havası var. Şəhərin adı elə buradan götürülüb.
ŞUŞANIN TARİXİNDƏN
Şuşa necə Qarabağ xanlığının paytaxtı oldu

Şuşa şəhərinin əsası XVIII əsrin ortalarında dövlət xadimi və sərkərdə Pənahəli xan Cavanşir tərəfindən qoyulub.

Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən olan Pənahəli xan Əfşarlar sülaləsinin banisi Nadir şah Əfşarın süqutundan sonra Qarabağ xanlığını yaradır. Qısa müddət ərzində o, xanlığın paytaxtı Bayat qalasını inşa etdirir. Sonra Şahbulaqda daha bir qala ucaldılır. Nəhayət, o, xanlığın müdafiəsini möhkəmləndirmək məqsədilə üçüncü, alınmaz qalanın inşasına qərar verir.

1750-ci ildə coğrafi cəhətdən çətin ərazidə – qayalıqların və meşələrin əhatəsində qalanın inşasına başlanılır. Ona xanın şərəfinə Pənahabad adı verilir, ancaq sonradan yaxınlıqda yerləşən kəndin adı ilə Şuşa adlandırılır. Beləliklə, Şuşa Qarabağ xanlığının paytaxtına çevrilir. Burada xan sarayı, məscidlər, hamamlar və sikkəxana tikilir.

Şərqin konservatoriyası
Şuşanın yaşı üç əsrə yaxındır. Əlbəttə ki, Azərbaycanın daha qədim və məşhur şəhərləri də var, ancaq məhz Şuşa şəhəri bütün Qafqazda şairlər oylağı və Şərqin konservatoriyası kimi ad qazanıb. Bir sıra məşhur xanəndələr, muğam ustaları, şairlər və musiqiçilər məhz bu şəhərdə dünyaya göz açaraq boya-başa çatıblar. Onların arasında Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir Hacıbəyli, məşhur xanəndə Bülbül, XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xurşidbanu Natəvan də var.

XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqif Şuşada yaşayıb-yaradıb. Maestro Niyazi də, bəstəkar Fikrət Əmirov da əslən şuşalıdır.

Bir şuşalının hekayəsi

İndi bu söz və musiqi ustadlarının ənənəsini istedadlı gənclər davam etdirirlər.
Səməd Novruzov
Rusiyanın "Sən supersən!" layihəsənin iştirakçısı olan Səməd ilk konsertini Şuşada vermək istəyir.
Novruzovlar ailəsi 28 ildir Bakıda yaşayır. Onlar 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Şuşadan məcburi köçkün düşüblər və indi doğma şəhərlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Ailənin hər bir üzvü Şuşa ilə bağlı planlar qurur, Səməd isə doğma şəhərində verəcəyi ilk solo konsertinə hazırlaşır.

Azərbaycanda Səməd Novruzovu NTV kanalının Sputnik informasiya agentliyi və radiosu ilə birgə keçirdiyi "Sən supersən!" adlı vokal layihəsində uğurlu iştirakından sonra tanıdılar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbinin yetirməsi olan Səməd layihənin səhnəsində Azərbaycanı layiqli şəkildə təmsil etdi. Ölkəyə qayıdandan sonra isə oxumağa və vokal sənətinin sirlərinə yiyələnməyə davam etməklə yanaşı, həm yerli, həm də beynəlxalq müsabiqələrə qatıldı.

Bu il Səməd Bakı Musiqi Akademiyasının tələbəsi adını qazanıb və əminik ki, bu onun musiqi yolunun yalnız başlanğıcıdır. Çünki şuşalılar hər zaman musiqi duyumu və gözəl səsləri ilə seçiliblər.

Bərpa işləri
Bərpa işləri
"Şuşa qədim Azərbaycan şəhəridir, bu həmişə belə olub. Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır".
İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti
Şuşa qədim Azərbaycan şəhəridir, bu həmişə belə olub. Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Ermənilər 30 il bizim torpaqlarımızı dağıdıblar. Biz isə bu torpaqları bərpa edəcəyik, çünki bu torpaqların sahibləri bizik – Azərbaycan xalqıdır.
İlham Əliyev, Azərbaycan Respublikasının prezidenti
Tarixi-mədəni irsin bərpası
Heydər Əliyev Fondu tərəfindən Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi artıq bərpa olunub. Hazırda Pənahəli xanın sarayı, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəylinin ev muzeyləri, Yuxarı Gövhər ağa, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmir-bərpa işləri davam etdirilir.

"Qarabağ" mehmanxanasında yenidənqurma işləri artıq başa çatdırılıb. Həmçinin bərpa işlərindən sonra "Xarıbülbül" hotelinin açılışı olub.
Vaqifin məqbərəsinin bərpası
Aşağı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işləri
"Xarıbülbül" Cıdır düzünə qayıtdı

"Xarıbülbül" Cıdır düzünə qayıtdı
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
"Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır".
Biz qayıtdıq!
Şuşadan didərgin düşmüş məcburi köçkünlər və bütün azərbaycanlılar düz 28 il idi ki, doğma şəhərimizin həsrətini çəkirdilər. Bu müddətdə çox şey dəyişib.

Bildiyimiz, tanıdığımız Şuşa yalnız bizim hər birimizin xatirələrində, yuxularında qalıb. Amma biz yenidən doğma şəhərimizə qayıtdıq. Bundan sonra hər birimizin Şuşa ilə bağlı yeni təəssüratları olacaq.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!