CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çağırışçılar hərbi hissələrə təyinat alıblar

© Photo : AZƏRTACПризывники, фото из архива
Призывники, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Abunə olmaq
Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib.
# Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır# ЧПУ:caqirishcilarin-herbi-hisseler-uzre-bolqusu-aparilir Тайтл Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır Подводка: 
BAKI, 25 sentyabr — Sputnik. Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın sentyabrın 24-də toplantısı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.
Toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü məsələsi müzakirə edilib. Ali Baş Komandanın müvafiq sərəncamına əsasən "2021-ci ilin oktyabr ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planı"na uyğun olaraq çağırışçıların bölgüsü elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə həyata keçirilib.
Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla tam şəffaf şəkildə icra edilib.
Qeyd edək ki, komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.
Xəbər lenti
0