CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabaha ciddi hava xəbərdarlığı - dolu düşəcək, leysan olacaq!

© Sputnik / Rashad Keremogluİsmayıllıya güclü dolu yağıb
İsmayıllıya güclü dolu yağıb - Sputnik Azərbaycan, 1920, 25.09.2021
Abunə olmaq
Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
BAKI, 25 sentyabr — Sputnik. Sentyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən ETSN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 55-60 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimal-şərq rayonlarında yağışın güclü olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Səhər dağlarda duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 21-25° isti, dağlarda gecə 4-7° isti, gündüz 9-14° isti olacaq.
Həmçinin oxuyun:
Şimal-qərb bölgəsində sel və daşqınlar davam edir
 
Xəbər lenti
0