11:15 25 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
28 0 0

Paytaxtda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

BAKI, 14 sentyabr - Sputnik. Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10.00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Müdafiə nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yürüşlər "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə təşkil olunacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər Xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

Həmçinin oxuyun:

Azərbaycan və Türkiyənin müdafiə nazirləri birgə taktiki-uçuş təlimlərini izləyiblər

Teqlər:
yürüş, Bakı

Əsas mövzular