CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"CheckApp" mobil tətbiqi ilə bağlı lazımi tövsiyələr açıqlanıb

© AFP 2023 / BEHROUZ MEHRIТелефон в руке, фото из архива
Телефон в руке, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.09.2021
Abunə olmaq
Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək daxil olmaqla zamanlarına qənaət edə bilərlər
BAKI, 13 sentyabr — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 vaksin və ya immunitet sertifikatının yoxlanılması məqsədilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən "CheckApp" mobil tətbiqi istifadəyə verilib.
"ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tətbiq üzərindən vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatı aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanılır:
Vətəndaşın COVID-19 vaksin və ya immunitet sertifikatının QR kodunu oxutmaqla;
Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;
Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;
Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.
Qeyd edək ki, COVID-19 vaksin və ya immunitet sertifikatının QR kod üsulu ilə yoxlanılması digərləri ilə müqayisədə ən çevik metod hesab olunur.
Vətəndaşlar qeyd olunan obyektlərə öz COVID-19 vaksin və ya immunitet sertifikatlarındakı QR kodu təqdim edərək daxil olmaqla zamanlarına qənaət edə bilərlər. Bu həm də qeyd olunan obyektlərdə növbələrin yaranmasının da qarşısını almış olur. Vətəndaşlardan COVID-19 vaksin və ya immunitet sertifikatının ən yeni versiyasını "myGov" elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də "e-TƏBİB" mobil tətbiqi və ya its.gov.az portalı üzərindən yükləmələri xahiş olunur.
Əlavə olaraq qeyd edək ki, "CheckApp" mobil tətbiqi vasitəsilə xarici vətəndaşların da COVID-19 pasportlarını yoxlamaq mümkündür. Yoxlamanı xarici vətəndaşın pasportu və doğum ili vasitəsilə həyata keçirmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarının 2.5-5.3-cü yarımbəndinə əsasən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində - qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 vaksin və ya immunitet sertifikatı olduğu halda istifadə edə bilərlər.
Həmçinin oxuyun:
"WhatsApp"a şübhəli emoji nişanlar əlavə olunacaq
Xəbər lenti
0