17:17 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9944
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
12 0 0

Mikayıl Abdullayev 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi "Nakamların dəfni" əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Rəssamın özü 20 Yanvar faciəsinin şahidi olub.

BAKI, 10 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 10-da Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Məlumat üçün bildirək ki, Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulub. "Mingəçevir işıqları", "Xaçmaz qızları", "Astarada çay yığımı", "Azərbaycan çöllərində" triptixində, "Çəltik əkən qızlar" əsərində milli ənənələrin, kənd yerində yaşayan insanların əməyi, məişəti təsvir olunur. "Çəltikçi qızlar" monumental lövhəsi XX əsrin qadınının zəngin mənəvi cizgilərini parlaq boyalarla əks etdirir. Bu, rəssamın ən sevimli mövzusudur. İşlədiyi bir sıra tablolarda müasir qadın obrazı əks olunmuşdur. "Qarabağlı qızlar", "Lənkəranlı kolxozçu qadın", "Abşeronlu qadın", "Ananın gəncliyi" kimi əsərləri bu qəbildəndir. Mikayıl Abdullayev 20 Yanvar faciəsinin qurbanlarına həsr etdiyi "Nakamların dəfni" əsəri rənglərin dili ilə şəhidlərimizin qəhrəmanlığını əks etdirdi. Rəssamın özü 20 Yanvar faciəsinin şahidi olub.

Xalq rəssamı 21 avqust 2002-ci ildə vəfat edib.

Həmçinin oxuyun:

Prezident və birinci xanım Şuşadakı sərgilərlə tanış olublar

Teqlər:
rəssam

Əsas mövzular