07:32 17 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
7 0 0

Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib.

BAKI, 6 sentyabr — Sputnik. Xətai rayonu, Məhəmməd Hadi küçəsi 116 G ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Xidmət rəsmisi Vaqif Cavadov Sputnik Azərbaycan-abildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

"Araşdırma zamanı torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə vətəndaş Şahxanım Əhmədovanın istifadəsinə verildiyi məlum olub," -  Vaqif Cavadov bildirib.

V.Cavadov qeyd edib ki, tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə obyektin sahibi Ş.Əhmədovaya təhvil verilib.

Həmçinin oxuyun:

Dünyadakı ağacların üçdə biri məhvolma təhlükəsi altındadır

Teqlər:
ağac

Əsas mövzular