CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Varlı həyat"ın sakinləri mal təzəyinin ümidinə qalıb: Biz də insan kimi yaşamaq istəyirik

© Sputnik / Ilham MustafayevŞəmkir rayon Varlı Həyat kəndində
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 04.09.2021
Abunə olmaq
Sakinlərin istəyi odur ki, kənd qazlaşdırılsın, kənd camaatı mal peyininin, təzəyin tüstüsündən yaxa qurtarsın, normal insan kimi evlərində istiliklə təmin olunsunlar.
BAKI, 4 sentyabr — Sputnik. Şəmkir rayon Varlı Həyat kənd sakinləri təbii qazın olmamasından əziyyət çəkirlər. Qaçqın və məcburi köçkünlərdən təşkil olunmuş kəndin sakinləri gəldikləri 30 ildən çox müddət ərzində burada qazın olmadığını bildiriblər. İndiyədək işıqla müəyyən tələbatlarını ödədiklərini deyən sakinlər, aparılan kabelləşmə və işıq sayğaclarının dəyişdirilməsindən sonra bunun mümkünsüz olduğunu deyirlər.
Kənd camaatının sözlərinə görə dəfələrlə təbii qazın çəkilməsi ilə bağlı müraciət etsələr də, onlara ümidverici cavab verən olmayıb. Səslərini aidiyyatı orqanlara çatdırmağa çalışan sakinlər Şəmkir-Dağ Cəyir yolunu bağlayaraq görüntülərini sosial şəbəkədə yayıblar. Onlar qaz verilməsə, bu aksiyanı davam etdirəcəklərini deyiblər.
© Sputnik / Ilham MustafayevŞəmkir rayon Varlı Həyat kəndində
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Şəmkir rayon Varlı Həyat kəndində
Kəlbəcərdən 1992-ci ildə köçkün düşən Əntiqə Əsədova ümidlərinin yalnız mal peyinindən hazırladıqları gəmrəyə qaldığını söyləyib:
"1992-ci ildən burada məskunlaşmışıq. Biz gələndən burda qaz olmayıb. Əvvəllər işıqdan istifadə edə bilirdik. Bu il kabelləşmə aparıldı. Mexaniki sayğaclar konturlu sayğaclarla əvəzləndi. Ona görə işıqdan istifadə etmək mümkünsüz olub. Meşədən odun gətirə bilmirik ki, ağac kəsmək olmaz. Yay-qış malın peyininin ümidinə qalmışıq. Tüstüsü gözümüzü çıxara-çıxara evimizi qızdırırıq, yeməyimizi, çayımızı hazırlayırıq. Biz də istəyirik normal yaşayaq. 21-ci əsrdə peyindən asılı olmaq nə deməkdir?! Bizim də Azərbaycan vətəndaşı olaraq qazdan istifadə haqqımız var".
© Sputnik / Ilham Mustafayev
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Ilham Mustafayev
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Ilham Mustafayev
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Göyçə qaçqını olduğunu deyən Kifayət Yusifova 33 ildir bu kənddə məskunlaşıb. O, rayon mərkəzinə daha uzaq kəndlərə qaz çəkilsə də, Varlı Həyatın bu layihədən kənarda qaldığını bildirib:
"Bizim kənd rayon mərkəzindən 18 kilometr məsafədə yerləşir. Bizdən 3-4 kilometr uzaqda olan kəndlərə qaz verilib, amma bizdə yoxdu. Bu ətrafda olan 7 kəndin beşinə çəkilib, ikisinə yox. Qaz xətti də kəndin 3 kilometrliyindən keçir. Müraciət edirik, yola verirlər. Deyirlər gələcəyik, baxacağıq, yoxlayacağıq, amma nə gələn var, nə də maraqlanan. Bizim də əlacımız kəsildi, yolu kəsdik. Gəlib maraqlanmasalar, bu yolu təmiz bağlayacağıq".
© Sputnik / Ilham MustafayevKifayət Yusifova
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Kifayət Yusifova
Kənd sakini Eldar Mamedov dəfələrlə rəsmi müraciət etdiklərini, lakin məktubların heç birinə doğru-düzgün cavab verilmədiyini söyləyib:
"Dəfələrlə yuxarı təşkilatlara müraciət etmişik. Bizə cavab vermirlər. Hara məktub yazırıq it-bat olur, üzə çıxmır. Son dəfə 44 nəfərin imzası ilə məktub yazmışıq. Kəndimizdən olan şəhidin xatirinə kəndimizin qazlaşdırılmasını istəmişik. Cavab olaraq bizə yazıblar ki, şəhid dəfn olunan kənd qazla təmin olunub. Şəhidimiz Yuxarı Seyfəli kəndində dəfn olunduğundan, belə cavablar verirlər. Bizim istəyimiz odur ki, kəndimiz qazlaşdırılsın, kənd camaatı mal peyininin, təzəyin tüstüsündən yaxa qurtarsın, normal insan kimi evlərində istiliklə təmin olunsunlar".
© Sputnik / Ilham MustafayevEldar Mamedov
Şəmkir rayon Varlı Həyat kəndində - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Eldar Mamedov
Məsələ ilə bağlı "Azərqaz" İstehsalat Birliyinin sözçüsü Eldəniz Vəliyev rayonlarda qazlaşma prosesinin regionların inkişafı ilə bağlı dövlət proqramına əsasən tənzimləndiyini bildirib:
"Yeni yaşayış massivləri istisna olmaqla, Azərbaycanda 2023-cü ilə qədər qazlaşmayan heç bir ərazi qalmayacaq. Güman edirəm ki, sözü gedən ərazinin qazlaşması gələn il həyata keçiriləcək".
Varlı Həyat kəndində 200-dək sakin yaşayır. Əsasən maldarlıq və dəmyə əkinçiliyi ilə məşğul olurlar. 1988-ci ildə bura Ermənistandan qaçqın düşən əhali yerləşdirilib. 1993-cü ildə Kəlbəcərin işğalından sonra isə 20-dək ailə kəndə pənah gətirib.
Xəbər lenti
0