CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

© AFP 2023 / MARVIN RECINOSМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri keçirilibNarkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri keçirilib
BAKI, 31 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat həyata keçiriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat zamanı yaşadığı ünvanda narkotik vasitə gizlətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Qaçay Abduləzimov saxlanılıb.
Şəxsi axtarış zamanı həmin şəxsdən siqaret qutusunda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun evinə də baxış keçirilib və nəticədə həyətyanı sahədəki tikilidə saxladığı 470 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Polis əməkdaşları Q.Abduləzimovun yaşadığı ünvana baxış keçirilən zaman orada olan və onunla iş birliyi quran Səməd İsayev də narkotiklərin, eləcə də psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zaman həmin şəxsdə isə metamfetamin aşkarlanıb.
Polis şöbəsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat zamanı şəhər sakini Seymur Bayramov yaxalanıb. Onun üzərinə keçirilən baxış zamanı həmin şəxsdə 6 qramdan çox kustar üsulla hazırlanmış marixuana aşkarlanıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı onun Kür çayı sahilindəki kolluq ərazidə də narkotik vasitə gizlətdiyi müəyyənləşdirilib. Həmin yerə baxış keçirilən zaman oradan sellofan torbada 455 qram qurudulmuş marixuana aşkar edilib və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı şəhər polis şöbəsində cinayət işləri başlanıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Həmçinin oxuyun:
Kriminal Azərbaycan: Ağla gəlməyən cinayətlər başa gəldi
Xəbər lenti
0