CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı həftəlik nağıl başa çatdı: Şəhid övladları düşərgədən ayrıldılar

© Photo : YASHAT"YAŞAT" düşərgəsi
YAŞAT düşərgəsi  - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Şəhid övladları üçün təşkil edilən "YAŞAT" düşərgəsi 6 həftədən sonra başa çatdıŞəhid övladları üçün təşkil edilən "YAŞAT" düşərgəsi 6 həftədən sonra başa çatdı
BAKI, 30 avqust — Sputnik. Lənkəranda "YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsi başa çatıb.
Düşərgənin sonuncu günündə Elektron Hökumətin İnkişafı Mərkəzinin əməkdaşları tərəfindən "Süni zəka: kodla və oyna", "Data elmi və tətbiq sahələri" mövzuları üzrə təlim proqramları keçirilib. Eyni zamanda iştirakçılar üçün hovuz və əyləncə saatı təşkil olunub.
Sonra "YAŞAT" düşərgəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Fondun Himayəçilik Şurasının üzvləri Sevinc Alızadə, Anar İsgəndərov və digər qonaqlar iştirak ediblər.
Ülvi Mehdiyev Sputnik Azərbaycanın bölgə müxbirinə "Yaşat" düşərgəsinin 6 həftə davam etdiyini deyib. O qeyd edib ki, bu gün "Yaşat" düşərgəsinin artıq sonuncu həftəsi idi, bağlanış mərasimi keçirilib.
"Vətən Müharibəsi Qəhrəmanlarımızın, ondan əvvəl Aprel döyüşləri qəhrəmanlarımızın və daha əvvəl şəhid olan bizim qardaşlarımızın övladları bu "Yaşat" düşərgələrində həm istirahət etdilər, həm əyləndilər, həm intellektual cəhətdən müəyyən yeni biliklər qazandılar. Yəni "Yaşat" Fondunun əsas məqsədi ümumilikdə 8-18 yaş arasında olan bütün şəhid balaları üçün mənalı bir yay istirahəti təşkil etmək idi. Düşünürəm ki, buna nail ola bildik və bunun üçün müvafiq şəraiti yaradan tərəfdaşlarımıza öz dərin təşəkkürümüzü bildiririk.
Eyni zamanda bildirmək istəyirəm ki, məktəbli şəhid övladlarının hər biri üçün də xüsusi məktəbli proqramı hazırlanıb. "Yaşat" fondu tərəfindən minə yaxın şagirdin hər biri zəruri çanta və digər məktəb ləvazimatları ilə təmin ediləcək. "Yaşat"ın digər tədbirləri də bu istiqamətdə davam edir", - deyə Ülvi Mehdiyev bildirib. 
"Mənim 15 yaşım var, 10-cu sinif şagirdiyəm. Çox yaxşı oldu, tanımadığım uşaqları tanıdım, dost olduq. Gözəl vaxt keçirdik, oyunlar oynadıq. Konfranslarda iştirak etdik, yeni məlumatlar əldə etdik. Maraqlıdır!"Şəhid polkovnik-leytenant Həmdəm Ağayevin qızı Aysu Ağayeva "Yaşat" düşərgəsindən məmnunluğunu ifadə edib:
Şəhid polkovnik-leytenant Atəm Əliyevin oğlu Vaqif Əliyev də Lənkəranda keçirdiyi günlərlə bağlı təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb: 
"Artıq bir neçə gündür Lənkərana gəlmişik. Burada maraqlı intellektual yarışmalar keçirilir. Axşamlar istirahət edir və əylənirdik. Özümə yeni dostlar, könüllülər tapdım. Düşərgə çox maraqlı idi. Ümid edirim ki, bu, gələcəkdə də davam edəcək və biz yenə bura gələcəyik. Çox sağ olsunlar ki, bizi yaddan çıxarmayıblar!"
"Yaşat" düşərgəsi şəhidlərimizin 8-11, 12-14, 15-18 yaş kateqoriyasında olan övladlarını əhatə edib. Düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, tanınmış şəxslər, peşəkarlar, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları təşkil olunub.
Tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib. Düşərgə boyunca bütün şəhid övladları sığortalanıblar, davamlı olaraq həkim nəzarəti və psixoloqlar tərəfindən müşayiət olunublar.
Psixoloqlar tərəfindən müxtəlif terapiyalar keçirilib. Fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdirilib. Onlar Fond tərəfindən düşərgədən sonra müalicə prosesinə cəlb olunacaqlar.
Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə düşərgənin qala gecəsi təşkil olunub.
Xəbər lenti
0