CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Günəş şüalarının zərərlərindən necə qorunmalı

© pixabay / xuuxuuВосход солнца, фото из архива
Восход солнца, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Baş geyimlərindən, zərərli şüaları zəiflədən eynəklərdən istifadə olunmalı, üstdən açıq rəngli, altdan isə tünd astarlı geyimlərə üstünlük verilməlidir.
BAKI, 27 avqust — Sputnik. Qızmar Günəş şüalarının insan orqanizminə faydaları qədər zərərləri də az deyil. Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Təcili yardım və qəbul şöbəsinin müdiri Cavanşir Məhərrəmov qızmar Günəşin fayda və zərərlərindən danışıb.
Onun sözlərnə görə, isti havalarda çoxlu maye qəbul etmək ən düzgün seçimdir:
"Günəş şüalarının insan orqanizminə təsirini müsbət və mənfi olaraq iki yerə bölə bilərik. Günün müəyyən saatlarında (10:00-12:30) Günəş şüaları orqanizmdə D vitamininin əmələ gəlməsinə səbəb olur. Mənfi tərəfi isə budur ki, Günəş şüaları saat 13:00-17:00 aralığında günvurma ilə nəticələnə bilər. Günvurmanın fəsadlarından danışarkən, təbii ki, hər fərdə uyğun olaraq orqanizmin öz xəstəlikləri də gözdən qaçırılmamalıdır. Məsələn, ürək-damar, dəri xəstəlikləri, orqanizmin hiperhəssaslıq reaksiyaları və s. Hiperhəssaslıq reaksiyaları anlayışını aydınlaşdırsaq, fotosensibilizasiya nəticəsində yerli damar reaksiyaları: qaşınma, dərinin qalınlaşması (ödem), səpkilər nəzərdə tutulur".
C.Məhərrəmovun sözlərinə görə, yay aylarında Günəş şüaları altına çıxmaq üçün uyğun saatlar seçilməli və rejimlərə diqqət edilməlidir:
"Baş geyimlərindən, zərərli şüaları zəiflədən eynəklərdən istifadə olunmalı, üstdən açıq rəngli, altdən isə tünd astarlı geyimlərə üstünlük verilməlidir. Eləcə də çimərliklərdə qoruyucu kremlərdən istifadə etmək, kölgədə daha çox olmaq lazımdır. Birbaşa Günəş şüalarının altında 30 dəqiqədən artıq olmaq, işləmək ciddi təhlükədir".
İsti havalarda qidalanma ilə bağlı həkim deyir ki, xəmir xörəklərindən, düyü, ət və ət məhsullarından, mayonezdən mümkün qədər az istifadə olunmalıdır. Əvəzində isə bitki yağlarında bişirilmiş və həzmə rahat gedən, əsasən də qaynadılmış qidalar yeməliyik. Birbaşa Günəş şüalarının təsirinə məruz qalmış, həmçinin vaxtı keçmiş qida və içkiləri istifadə etmək olmaz:
"Yay aylarında gün ərzində normal çəkili insanın 3-5 litr maye qəbul etməsi, su, süd, ayran, limonad, soyuq bitki çayları, az şəkərli kompotlar, yeni sıxılmış meyvə şirələri kimi içkilərə üstünlük verilməsi məsləhətdir".
Risk qrupuna daxil olan insanlara günəşli havalarda tez-tez ilıq su ilə duş qəbul etməyi də məsləhət görən həkim qeyd edir ki, bütün bunlara baxmayaraq, kimdəsə ciddi narahatlıq hiss olunarsa, dərhal Təcili Tibbi Yardıma müraciət edilməlidir.
Həmçinin oxuyun:
Yuxusuzluqla mübarizədə əsas yol tapılıb
Xəbər lenti
0