CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi Şuşada hərbçimizin ölümü ilə bağlı məlumat yayıb

© AP Photo / Sergei Grits Военнослужащий азербайджанской армии рядом с Шушой, фото из архива
 Военнослужащий азербайджанской армии рядом с Шушой, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
BAKI, 28 avqust - Sputnik. "Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 
Qeyd olunub ki, ilkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.
Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.
"Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq", - məlumatda vurğulanır.
Xəbər lenti
0