12:24 18 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
Bakının son xəbərləri (66)
13 0 0

Təmizlik zamanı istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyi nəzərə alınaraq paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

BAKI, 28 avqust — Sputnik. Şənbə günü, avqustun 28-i səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

  • Bakıda küçələrin dezinfeksiyası
    © The Executive Power of the Baku City
  • Bakıda küçələrin dezinfeksiyası
    © The Executive Power of the Baku City
  • Bakıda küçələrin dezinfeksiyası
    © The Executive Power of the Baku City
  • Bakıda küçələrin dezinfeksiyası
    © The Executive Power of the Baku City
  • Bakıda küçələrin dezinfeksiyası
    © The Executive Power of the Baku City
1 / 5
© The Executive Power of the Baku City
Bakıda küçələrin dezinfeksiyası

Küçələrdə aparılan dezinfeksiya işləri ilə bərabər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları dezinfeksiya həftəliyi çərçivəsində Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

"Bir daha bildiririk ki, koronavirus pandemiyası ilə mübarizə millətin təhlükəsizliyi məsələsidir. Pandemiyadan xilas olunmaq üçün vətəndaşlarımız ilk növbədə vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməlidirlər", - deyə məlumatda bildirilir.

Eləcə də oxuyun:

Mövzu:
Bakının son xəbərləri (66)
Teqlər:
Bakı, dezinfeksiya, COVID-19, epidemiya, Koronavirus

Əsas mövzular