01:18 26 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9961
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
5010

Deputat Tural Gəncəliyev Birinci Qarabağ Müharibəsi zamanı 3888 nəfər soydaşımızın erməni terrorçuları tərəfindən əsir və girov götürüldüyünü, onların taleyi ilə bağlı sorğulara isə heç bir cavab verilmədiyini bildirib.

BAKI, 28 avqust - Sputnik. “Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş 4 min nəfərə yaxın soydaşımızın taleyi ilə bağlı Ermənistandan cavab tələb edirik. Ermənistan 30 il ərzində bu məsələ ilə bağlı tələblərimizi qulaqardına vurub. İndi mövqeyimiz daha sərt və daha israrlıdır. Əsir və girov götürülmüş soydaşlarımızın yaxınlarının 30 ilə yaxındır gözü yoldadır”.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri “Qarabağa dönüş” təşkilatının rəhbəri, deputat Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan humanizim prinsiplərinə necə əməl etməyin lazım olduğunu dünyaya əyani şəkildə nümayiş etdirdi: “Müharibənin başa çatmasından az bir vaxt keçməsinə baxmayaraq Azərbaycan tərəfi Ermənistana 1600 dən çox işğalçının cəsədini və onların qalıqlarını aşkar edərək təhvil verdi. Bu proses bu gün də davam edir. Bəs birinci Qarabağ müharibəsi dövründə işğalçı Ermənistan nə etdi?

Müvafiq qurumların apardığı araşdırmalara görə, Birinci Qarabağ Müharibəsi zamanı 3888 nəfər soydaşımız erməni terrorçuları tərəfindən əsir və girov götürülüb. Soydaşlarımızın bəziləri ermənilərə yaralı vəziyyətdə əsir düşüb. Bu insanlara lazımı tibbi yardım edilmədiyindən onların əksəriyyəti həyatlarını itiriblər. Sağ qalanların isə ən ağır işgəncələr altında dağ-mədən və digər ağır işlərdə işlədildikləri ilə bağlı məlumatlar yayılırdı. İndi sual olunur: Ermənistan 30 il ərzində əsirlikdə olan soydaşlarımızı niyə azad etmədi?

Yaxud da hansı əsir və girovun taleyi ilə bağlı Azərbaycan tərəfinə məlumat təqdim olundu? Humanizim prinsipləri həmin vaxt niyə Ermənistan rəsmilərinin və onlara havadarlıq edən ölkələrin, beynəlxalq təşkilatların rəhbərlərinin yadına düşmədi?"

Tural Gəncəliyev deyib ki, Ermənistandan əsir və girov götürülmüş soydaşlarımızla bağlı izahat tələb etmək məqsədi ilə dəfələrlə rəhbərlik etdiyi qurum rəsmi məktublarla yanaşı video müraciətlər formasında beynəlxalq təşkilatlara sorğular göndərib: "Amma edilən müraciətlərə cavab verilməyib. Biz beynəlxalq təşkilatların təmsilçiləri ilə keçirdiyimiz əksər görüşlərdə bu məsələni qaldırırıq. Təəssüflər olsun ki, hələ də əsirlikdə olan soydaşlarımızn taleyi ilə bağlı hər hansı dəqiq məlumata malik deyilik. Düşmən tapdağından azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri aparılır. Azərbaycan dövlətinin başlıca məqsədi keçmiş məcburi köçkünlərin ən qısa zamanda öz ata-baba yurduna qayıtmasını təmin etməkdir. İnsanların geri qayıtdıqdan sonra əsir və girov götürülmüş yaxınları ilə bağlı dərdləri yenidən təzələnəcək. Övlad həsrəti ilə bu insanların bir qismi həyatdan köçüblər. Sağ qalan valideynlər, qardaş-bacılar isə bu gün də xəbər gözləyirlər. Elə etməliyik ki, Ermənistan ən qısa zamanda əsir və girov götürülmüş azərbaycanlılarla bağlı məlumatları Azərbaycana təqdim etsinlər".

Eləcə də oxuyun:

Teqlər:
Qarabağ, əsir, girov, erməni terrorçuları

Əsas mövzular