CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Samovar, su nasosu oğurluğundan avtomobil oğurluğuna - Cinayətin üstü açıldı

© Sputnik / Murad OrujovАвтомобили патрульно-постовой службы в Баку
Автомобили патрульно-постовой службы в Баку - Sputnik Azərbaycan, 1920, 27.08.2021
Abunə olmaq
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılan şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su motorları, elektrik naqilləri (kabel), mis məftillər oğurladıqları müəyyən edilib.
BAKI, 27 avqust — Sputnik. Polis avtomobil oğurlayan şəxsləri saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinə ərizə ilə müraciət edən Xudat şəhər sakini avqustun 26-da ona məxsus “VAZ-21013” markalı minik avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə, daxil olmuş müraciətlə əlaqədar bölmə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Xudat şəhər sakinləri Sərxan Fərhadov və Elvin Seyidov saxlanılıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxslərin Xudat şəhəri ərazisindəki evlərdən xeyli sayda samovar, su motorları, elektrik naqilləri (kabel), mis məftillər oğurladıqları müəyyən edilib.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
Həmçinin oxuyun:
Alim Qasımovun evindən oğurluq edən kürəkəni həbs edilib
Xəbər lenti
0