CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Artilleriya atəşinin ustaları" müsabiqəsi başlayıb

© AR Ministry of Defence“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib
“Artilleriya atəşinin ustaları” müsabiqəsinə start verilib - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
Hərbçilərimizin də iştirak etdiyi bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib,  minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
 
BAKI, 26 avqust — Sputnik. “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin ilk mərhələsinə start verilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, bu mərhələdə komandalar zirehli döyüş maşınlarında marşrut üzrə təyin olunan müxtəlif maneələri dəf edib,  minaatanlar, qumbaraatanlar və pulemyotlardan atəş tapşırıqları yerinə yetiriblər.
Fərdi mərhələnin nəticələrinə əsasən, hərbçilərimiz bütün hədəfləri sərrast atəşlə məhv ediblər.
Hakimlərin qərarına görə, hərbçilərimiz doqquz komanda arasında üçüncü yerə layiq görülüblər.
Birinci və ikinci yerləri isə müvafiq olaraq Qazaxıstan və Rusiyadan olan  artilleriyaçılar qazanıblar.
Eləcə də oxuyun:
Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıblar
"Dəniz kuboku" müsabiqəsinin ilk epizodu: komandamız ikincidir
Azərbaycan hərbçiləri "Tank biatlonu" müsabiqəsində ilk yarışa başlayıblar
Xəbər lenti
0