CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DSX sərhəddə əməliyyat keçirdi

© State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxs
Saxlanılan şəxs - Sputnik Azərbaycan, 1920, 26.08.2021
Abunə olmaq
"Horadiz" sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaşmağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb.
BAKI, 26 avqust — Sputnik. Çərşənbə günü, avqustun 25-də DSX-nın əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
© State Border Service of Azerbaijan RepublicSaxlanılan Kərimov Ziyaddan götürülən bağlamalar
Saxlanılan şəxs - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Saxlanılan Kərimov Ziyaddan götürülən bağlamalar
DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaşmağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb.
Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Kərimov Ziyad Əhəd oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram "marixuana", 1000 qram "heroin", 200 qram "metamfetamin") və 8370 ədəd psixotrop tərkibli "Preqobalin" həbləri aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Eləcə də oxuyun:
Dövlət sərhədini pozaraq qaçmağa cəhd edən şəxs saxlanılıb
Ermənistan Sədərək rayonu istiqamətində təxribata əl atıb - VİDEO
Ombudsman Aparatı Ermənistanın növbəti təxribatı ilə bağlı bəyanat yaydı
Xəbər lenti
0