CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu müəllimlərlə bağlı polisə müraciət ediləcək - Nazir müşaviri

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 24.08.2021
Abunə olmaq
BŞTİ-nin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq.
 
BAKI, 24 avqust — Sputnik. Təhsil işçiləri arasında saxta COVID-19 pasportu alanların olduğu barədə məlumatlar hüquq-mühafizə orqanlarına təqdim ediləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan canlı yayımda bildirib.
O deyib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil:
"Amma bəllidir ki, peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz. Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik", - deyə nazir müşaviri bildirib.
R.Ağayev deyib ki, vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi poliklinikalardan əks-göstəriş haqqında arayışlar təqdim edib. Onun sözlərinə görə, avqustun 9-dan əks-göstərişə dair arayış forması hazırlanıb: "Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks-göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdırlar. Bunun da yolu vaksinasiyadır", - deyə o bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bildirib ki, COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı məhdudiyyətlər olacaq. Amma Mehriban Vəliyeva deyib ki, hələ ki, indidən təhsil işçiləri ilə bağlı məhdudiyyətlər açıqlanmır: "Hələlik bunlar müzakirə mərhələsindədir. Pasportu olan şəxslər isə rahat tədrisə cəlb olunacaqlar. Çünki onlar digər şəxslərə risk yaratmayacaqlar".
Eləcə də oxuyun:
Distant qane etmir: əyani təhsil üçün isə vaksinasiya tələb olunur
Ölkədə neçə şagird koronavirusa yoluxub? Nazirlik açıqladı
Diplomlu işsizlər- müəllim çox, iş yeri yox!
"Semaşko" yenidən bağlandı - Rəhbərlik təsdiqlədi
Hətta beşinci doza vaksinə də zərurət yarana bilər - ekspert rəyi
Xəbər lenti
0