CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordumuzun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

© AR Ministry of DefenceƏlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir
Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - Sputnik Azərbaycan, 1920, 20.08.2021
Abunə olmaq
Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.
BAKI, 20 avqust — Sputnik. Əlahiddə Ümumqoşun Ordunun minaatan bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir. Gənc heyətlərə müxtəlif çaplı minaatanların təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.
Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.
Minaatan bölmələrində döyüş hazırlığı məşğələləri plana uyğun davam edir.
 
Eləcə də oxuyun:
Azərbaycan HHQ yay tədris dövründə ilk təlim-məşq uçuşlarını icra edir - VIDEO
Azərbaycan Ordusunda artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilir
Azərbaycan hərbçiləri Qazaxıstana gediblər
Xəbər lenti
0