18:40 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
CƏMİYYƏT
Qısa URL
15 0 0

Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə "BakıKart" balansının artırılması üçün POS-terminallar quraşdırılıb.

BAKI, 17 avqust — Sputnik. Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bu barədə Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumat verir.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS-terminallar quraşdırılıb", - məlumatda qeyd edilib.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

- İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

- Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

- Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

- 28 may küç. (Lökbatan qəsəbəsi)

- Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

- Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

- Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.

Həmçinin oxuyun:

Teqlər:
marşrut, marşrut xətti, kart, Bakıkart

Əsas mövzular