CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Əsl "Bəyaz həyat”ı sevgidə axtar, narkomaniyada yox!" - İncəsənət adamlarından çağırış

© Photo : Courtesy of Sevinc AgasıyevaСевиндж Агасиева, фото из архива
Севиндж Агасиева, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.08.2021
Abunə olmaq
“Bəyaz həyat” serialında o dövrdə narkotik vasitələrdən istifadənin zərərli və təhlükəli tərəfləri də nümayiş olunub.
BAKI, 2 avqust — Sputnik. Sivva olaraq tanınan bəstəkar-müğənni Sevinc Ağasıyeva 2 avqust “Milli Kino Günü”nə həsr etdiyi yeni layihəsini təqdim edib. Xanım sənətçinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, o, bu dəfə illər öncə kifayət qədər məşhur olan “Bəyaz həyat” serialının "soundtrack"ni ifa edib.
Onun “Röya kimi” mahnısında duet ortağı isə 3 yaşında olarkən həmin serialda Nani rolunda çəkilən doğma qızı Emiliya olub. Serialda aktrisa Vəfa Zeynalovanın qızını canlandıran balaca Naninin - Emiliyanın hazırda 21 yaşı var və o, müğənni kimi Emmy Lia adı ilə tanınır. 
Kino günündə “Röya kimi” mahnısına çəkilən klip də təqdim olunub. Klipdə 2003-cü ildə rejissor Rahim Sadıqbəyli tərəfindən lentə alınan “Bəyaz həyat”da rol alan aktyorlar - xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artistlər Vəfa Zeynalova, Anar Heybətov, Mələk Abbaszadə, hazırda daha çox “Çöl adamı” layihəsindən tanıdığımız Kamal Dəniz, rejissor Aqil M.Quliyev, aktyorlar Əhməd Salahov, Naina İbrahimova, Samir Ələsgərov 18 ildən sonra yenidən bir araya gəliblər.
Yeni klipi ərsəyə gətirən yaradıcı heyət həm də son günlər cəmiyyətdə aktual olan, xüsusi ilə yeniyetmə və gənclər arasında sürətlə yayılan zərərli vərdişlər mövzusuna da diqqət çəkib. “Bəyaz həyat” serialında o dövrdə narkotik vasitələrdən istifadənin zərərli və təhlükəli tərəfləri də nümayiş olunub.
Qeyd edək ki, klipin əsas şüarı "Əsl “Bəyaz həyat”ı sevgidə axtar, narkomaniyada yox!"dur.
Xəbər lenti
0