CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XİN-in sabiq idarə müdiri və başqa vəzifəli şəxsinin məhkəməsi başlayıb

© Official website of President of Azerbaijan RepublicЗал заседания суда
Зал заседания суда - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi və daha bir vəzifəli şəxsinin məhkəməsi başlayıb.

BAKI, 19 iyul - Sputnik. Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 11-ə təyin edilib.

XİN-nin sabiq rəsmilərinin işləri məhkəməyə göndərilib

19 iyul

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən şəxs qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.

Xəbər lenti
0