03:39 21 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9912
  • RUB0.0232
CƏMİYYƏT
Qısa URL
37 0 0

Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

BAKI, 24 iyul - Sputnik. Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Eləcə də oxuyun:

  • Azərbaycanda hərbi hissə rəhbərliyini şantaj edən reket qrupu həbs edildi

  • Ermənilər Azərbaycan hökumətinə təşəkkür etdilər: Məhkəmə qərarını verdi

  • Hərbi Prokurorluqdan Azərbaycan ordusunun baş leytenantının intiharı barədə açıqlama

Teqlər:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, polkovnik, ehtiyat, Hərbi Prokurorluq

Əsas mövzular