09:10 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
22 0 0

Bazar ertəsi, iyulun 19-da Pakistanın şimal-şərqində, Pəncab əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər yaralanıb.

BAKI, 19 iyul - Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Pakistanın Pəncab əyalətində baş verən avtobus qəzası ilə bağlı Pakistan xalqına başsağlığı verib.

"Pəncab əyalətində baş verən dəhşətli avtobus qəzası ilə bağlı xəbərlər bizi çox kədərləndirdi. Qəza qurbanlarına Allah rəhmət etsin, yaralılara isə şəfa versin. Qurbanların ailələrinə və qardaş Pakistan xalqına başsağlığı veririk", - nazir "Twitter" hesabında yazıb.

Bazar ertəsi, iyulun 19-da Pakistanın şimal-şərqində, Pəncab əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində 30 nəfər ölüb, 74 nəfər yaralanıb.

Eləcə də oxuyun:

Teqlər:
başsağlığı, Pakistan, Pəncab, avtobus qəzası, ölənlər və yaralılar, Azərbaycan XİN, Ceyhun Bayramov

Əsas mövzular