CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəngilan və Laçın hava limanlarının tikintisi üçün hazırlıq işləri aparılır

© Official website of President of Azerbaijan RepublicСтроительные работы в Физулинском международном аэропорту
Строительные работы в Физулинском международном аэропорту  - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Füzuli Hava Limanında tikinti və quraşdırma işləri sürətlə aparılır və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırılır.

BAKI, 15 iyul — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə hazırda icra edilən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti, işğaldan azad edilmiş rayonların ərazisində aparılan radioloji və radioekoloji tədqiqatların ilkin nəticələri barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib və müzakirələr aparılıb.

İclasda Füzuli Hava Limanında tikinti və quraşdırma işlərinin sürətlə aparıldığı və ilin sonunadək hava limanına ilk uçuşların planlaşdırıldığı, eyni zamanda Zəngilan və Laçın hava limanlarının tikintisinə başlanılması üçün hazırlıq və mobilizasiya işlərinin aparıldığı qeyd edilib. Qarabağ bölgəsinin ölkə və region iqtisadiyyatına reinteqrasiyası baxımından xüsusi əhəmiyyətli olan Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolu xətlərinin, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa (Zəfər yolu), Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Qubadlı-Laçın və s. avtomobil yollarının tikintisi üzrə görülən işlər barədə məlumatlar verilib.

İclasda aparılan müzakirələr zamanı işğaldan azad edilmiş ərazilərdə icra ediləcək infrastruktur layihələri üzrə layihə-smeta sənədlərinin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması proseslərinin sürətləndirilməsi, həmçinin ərazilərin minalardan təmizlənməsi işlərinin proritetlik nəzərə alınmaqla tərtib edilən icra qrafiklərinə uyğun davam etdirilməsi, hazırda işğaldan azad edilmiş ərazilərin rabitə təminatında mühüm rol oynayan mobil və xüsusi rabitə şəbəkələrinə aid baza stansiyası qurğularının daimi elektrik enerjisi ilə təminatı məsələlərinin vacibliyi vurğulanıb, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi üzrə müvafiq qərarlar qəbul edilib.

İşğaldan azad olunan ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrupu vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, hər bir qurum və nümayəndə tərəfindən bu proseslərdə aktiv və qarşılıqlı əməkdaşlıq şəraitində iştirakın təmin edilməsi və görülən işlərə töhfə verilməsinin vacibliyi vurğulanıb.

Ölkə prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

İkinci Qarabağ müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-hücumu başladı.
Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Qarabağın dirçəlişi

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağın bərpasında ən son texnologiyalardan istifadə olunacaq, "ağıllı" şəhər və kənd sistemıləri qurulacaq. Füzulidə beynəlxalq aeroportun bu ilin payızında istifadəyə verilməsi gözlənilir. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. 

Eləcə də oxuyun:

Xəbər lenti
0