CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu gündən daha bir qadağa götürülür

© AP Photo / Burhan OzbiliciЛюди в автобусе, фото из архива
Люди в автобусе, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.

BAKI, 15 iyul - Sputnik. Bu gündən etibarən şəhərlərarası (rayonlararası) sərnişindaşıma üzrə gecə reysləri bərpa edilir. Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar olaraq şəhərlərarası (rayonlararası) gecə reysləri 2020-cu ilin mart ayından fəaliyyət göstərmirdi.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin məlumatında deyilir. Daşıyıcı şirkətlərin və sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin qərarı əsasında bu gündən etibarən sərnişinlər bərpa olunan gecə reysləri üzrə Qırmızı Körpü və Şəki istiqamətində səfər edə biləcəklər.

Qeyd edək ki, Qırmızı Körpü istiqamətinə gecə reysləri dörd marşrut xətti üzrə, Şəki istiqamətinə isə iki marşrut xətti üzrə hərəkətdə olacaq.

Biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən və aidiyyəti üzrə region kassalarından əldə etmək mümkündür.

Şəhərlər və rayonlararası hərəkətin bərpası

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, Azərbaycanda yanvarın 25-dən 5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunub. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunub. Ancaq 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalıb.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz sərnişindaşımaya cəhd edənləri barələrində xüsusi karantin qaydalarının pozulmasına görə inzibati tədbir görüləcəyi barədə xəbərdar edib.

Eləcə də oxuyun:

Xəbər lenti
0