CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda demoqrafiya: evlənən də artıb, boşanan da

© AFP 2023 / Matt CowanПомолвка, фото из архива
Помолвка, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Son məlumatlara görə, Azərbaycanda əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

BAKI, 15 iyul — Sputnik. Azərbaycanda əhalinin sayı artıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.

2021-ci ilin yanvar-may aylarında əhalinin sayı 16 139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10 135 272 nəfərə çatıb.

Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Ölkədə otuz üçəm doğulub

Bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47 156 yeni doğulmuş körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalıb.

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1180-i əkiz, 30-u isə üçəm olub.

Nikaha girənlər boşananlardan üç dəfə çoxdur

Bu ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,7-dən 4,6-ya, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.

Ölkədə ölüm səviyyəsi

Bu ilin beş ayında ölkə üzrə 31 849 ölüm halı qeydə alınıb. Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib.

Məşğullar və işsizlər

Bu il iyulun 1-dək ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5279,9 min nəfər olub, onlardan 4929,1 min nəfərini məşğul əhali təşkil edib.

Muzdla çalışan işçilərin sayı 1677,6 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,6 min nəfər, qeyri-dövlət sektorunda isə 766 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 32,1 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1645,5 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi tikintidə, 7,3 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,7 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,7 faizi informasiya və rabitə, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Eləcə də oxuyun:

Xəbər lenti
0