18:06 19 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0014
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
38 0 0

Şəhidlərimizin 8-11 yaşlı övladlarını əhatə edən ilk düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, tarix-diyarşünaslıq muzeyinə ekskursiya, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub.

 

BAKI, 12 iyul — Sputnik. Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi başlayıb. Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə əsasən, qonaqlar şəhidlərimizin, qəhrəman Vətən övladlarının əziz xatirələrinin daim ehtiramla yad edildiyini, onların əmanətlərinə, övladlarına daim xüsusi diqqətin və dəstəyin vacibliyini diqqətə çatdırıblar.

© Sputnik / Rahim Muradov
Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi

Qeyd olunub  ki, Lənkəranda təşkil edilən “YAŞAT” düşərgəsi uşaqların intellektual inkişafı, yeni biliklər və bacarıqlar əldə etmələri, o cümlədən istirahətlərini səmərəli keçirmələri üçün faydalı olacaq. Şəhidlərimizin 8-11 yaşlı övladlarını əhatə edən ilk düşərgənin birinci günündə iştirakçılar üçün art-terapiya təlimi, tarix-diyarşünaslıq muzeyinə ekskursiya, komanda və psixoloqlarla tanışlıq kimi tədbirlər təşkil olunub.

Bundan əlavə, uşaqlara xoş və əyləncəli vaxt keçirmələri üçün “ASAN xidmət”in maskotu Mr. ASAN tərəfindən müxtəlif hədiyyələr paylanılıb.

  • Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi
    © Sputnik / Rahim Muradov
  • Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi
    © Sputnik / Rahim Muradov
1 / 3
© Sputnik / Rahim Muradov
Lənkəranda şəhid övladları üçün rayon ərazisində yerləşən istirahət mərkəzlərinin birində “YAŞAT” düşərgəsi

Şəhid övladları üçün yay düşərgələri

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə bu gündən avqust ayının sonuna qədər şəhid övladları üçün yay düşərgələri keçiriləcək. Ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgənin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar keçirilməsi və yekunda müğənnilərin iştirakı ilə konsert proqramı nəzərdə tutulub.

Hər düşərgə ümumilikdə 6 gün 5 gecəni əhatə edəcək. Düşərgələrdə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən innovativ düşünmə tərzinin aşınlanması məqsədilə yarışlar, habelə robotexnika, dron istifadəsi təlimləri, yuxarı yaşlı uşaqlar üçün isə hakaton keçirilməsi nəzərdə tutulub. Hər düşərgədə tərəfdaşlar tərəfindən iştirakçılara müxtəlif hədiyyələr (geyim dəstləri, şirniyyat bağlamaları, suvenirlər və s.) təqdim ediləcəkdir. Düşərgə boyunca şəhid övladları sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti altında və psixoloqlar tərəfindən müşayiət olunacaqlar. Psixoloqlar tərəfindən art və rəqs terapiyalar keçiriləcək, o cümlədən baş tutacaq fərdi və kollektiv görüşlər, konsultasiyalar zamanı aşkarlanmış problemlər üzrə müalicəyə ehtiyacı olan uşaqlar müəyyənləşdiriləcək və Fond tərəfindən düşərgə sonrasında müalicə prosesinə cəlb olunacaqlar.

Eləcə də oxuyun:

Teqlər:
YAŞAT Fondu, şəhid, övlad, yay düşərgələri

Əsas mövzular