05:36 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
CƏMİYYƏT
Qısa URL
58 0 0

General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb. Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub.

 

BAKI, 12 iyul — Sputnik. Son vaxtlar mətbuatda Mehmandarovlar nəslinin tarixi və Şuşa şəhərindəki məşhur evlə bağlı yanlışlıqlara yol verilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mehmandarov nəslinin nümayəndəsi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin dirijoru, Vyana konservatoriyasının məzunu Mustafa Mehmandarov yaydığı məlumatda bildirib.

Onun sözlərinə görə, tanınmış bəy nəsli olan Mehmandarovların Pənahəli xanla qohumluğu olub: "Bu nəslin nümayəndələrindən biri - Sadıq bəy Mehmandarov vaxtı ilə Lənkərana köçür və orada Azərbaycanın ilk hərbi naziri, tanınmış general Səməd bəy Mehmandarov dünyaya gəlir. Səməd bəy Lənkəranda boya-başa çatıb, həyatının çox hissəsini Rusiyada yaşayaraq müxtəlif hərbi kampaniyalarda iştirak edib və artilleriya generalı rütbəsinədək yüksəlib.

General Səməd bəy Mehmandarov Şuşada heç vaxt yaşamayıb və onun orada heç bir əmlakı olmayıb. Televiziya kanallarında tez-tez nümayiş etdirilən Şuşadakı məşhur ev Kərim bəy Mehmandarov və onun həyat yoldaşı İran şahzadəsi Zəri xanım Qacarın ailəsinə aid olub.

Kərim bəy Mehmandarov ali tibb təhsili alan ilk azərbaycanlılardan biri olub. O, həm də xalqımız qarşısında böyük xidmətləri olan "Difai" təşkilatının Qarabağ bölməsinin rəhbəri olub. O, qarabağlıların yaddaşında insanları təmənnasız müalicə edən və xalqı erməni təcavüzkarlarından qoruyan həkim kimi qalıb".

"Əlavə olaraq onu deyə bilərəm ki, onlar əmioğlu kimi çox mehriban idilər və Səməd bəy Peterburqda təhsil alan zaman Kərim bəy Mehmandarovun kirayə götürdüyü evdə qalırdı.

Bu gün Mehmandarovların bütün nəsli Şuşanın işğaldan azad olunmasına görə Azərbaycan xalqının dahi oğlu cənab İlham Əliyevə çox minnətdardırlar. Kərim bəy Mehmandarovun evinin bərpasına başlanmasına görə Prezidentə və hörmətli Mehriban Əliyevaya dərin təşəkkürlərini bildirirlər", - deyə o qeyd edib.

Eləcə də oxuyun:

Teqlər:
Lənkəran, ev, Şuşa

Əsas mövzular