CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni onu dələduzluqda günahlandıran mağazaya cavab verdi

© Photo : Instagram / turkan_valizade_officialTürkan Vəlizadə, arxiv şəkli
Türkan Vəlizadə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Bir müddət öncə onlayn geyim satan səhifələrdən biri müğənni Türkan Vəlizadəni paltarlarını götürüb, geri qaytarmamaqda günahlandırıb.

BAKI, 10 iyul — Sputnik. "Instagram"da onlayn geyim satışı ilə məşğul olan "Moda_sulthan" mağazası müğənni Türkan Vəlizadənin onlardan 800 manatlıq geyim götürüb nə pulunu ödədiyini, nə də aldığını geri qaytardığını bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. O bildirib ki, geyimlərdən xəbərsiz olub. Bütün işləri prodüseri edib: "Xoşagəlməz paylaşım gördüm. Məni tanıyanlar bilirlər ki, Türkan elə insan deyil. Hər birimizin başı qarışan məqamlar olur. Mənim geyimlərimlə Mikayıl bəy məşğul olur. Geyimlərimin 90 faizini pul verib alıram və hamıya xeyir verirəm. Sadəcə, vaxtımız olmadığı üçün bir neçə paltar çatdırılmayıb. Hər kəsə kömək olmuşam. Kiminsə malı mənə lazım deyil, haqqa girmirəm. Bu cür şeyləri paylaşmaq mənasızdır. Əsas odur ki, kimlərəsə yardım edək!"

Xatırladaq ki, bir müddət öncə onlayn geyim satan səhifələrdən biri müğənni Türkan Vəlizadəni paltarlarını götürüb, geri qaytarmamaqda günahlandırıb. "Moda_sulthan" adlı mağaza sənətçinin fotosunu yayımlayaraq, ona səslənib. Bildirilib ki, Türkan mağazadan pulunu ödəmədən geyimlər götürüb, daha sonra isə zənglərə cavab verməyib:

"Kasıb adamam. Halal yolla qəpik-qəpik yığıb internet üzərindən onlayn paltar biznesi ilə məşğul oluram ki, çörəkpulum olsun. Bir həftədir məni ələ salırsınız ki, rayondayıq. İndi də telefonlarıma cavab vermirsiniz. Sənin minnətlə etdiyin reklam da mənə lazım deyil. Bütün geyimlərimi, ya da pulumu qaytarmağı tələb edirəm.

800 manat bəlkə sənin üçün heç nədir, mənim üçün isə böyük puldur. Ayıb deyil? Bu nə hörmətsizlikdir? Pislik etmişəm? Reklam üçün paltar vermişəm, geyin, sonra qaytar. Sənə görə niyə qazancımdan, müştərimdən olum? Reklam etməyi yaraşdırmırsansa, onda pul ver paltarı al. Get, brend geyin, köməkçilərin də “Instagram” səhifələrindən sənə paltar istəməsin".

Xəbər lenti
0